Bazar , Oktyabr 18 2026
azfa

ABŞ və İsraildə İrana hücum gündəmə gəlib

GADTB: ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib ki, ABŞ həddən artıq müdafiə xarakterli davranıb, Çin və İranla qarşı-qarşıya gəlmək üçün hücum imkanlarından istifadə etməliyik. Əgər onlar bizim effektiv cavab verdiyimizi görsələr, bu, onların hərəkətlərini məhdudlaşdıra bilər.

Uolts həmçinin “İbrahim Paktı”nı genişləndirmək variantlarından danışb, İrana qarşı maksimum təzyiq strategiyasını canlandırmağı təklif edib.

Eyni zamanda Trampın administrasiyasının keçmiş dövlət katibi və xarici siyasət üzrə şöbə rəhbəri Parisdə “İranın demokratikləşməsinin tərəfdarları” konfransında deyib ki, Vaşinqtonda administrasiya dəyişikliyi Tehrandakı mövcud rejimin sonu olacaq.

“İndependent” yazır: “Mayk Pompeo demokratiya uğrunda kampaniya aparan iranlılara deyib ki, “kökünə qədər çürümüş” Xameneyi rejimi vaxtı bitmiş “kağız pələng”dir”.

Həmçinin “Kanal 12” telekanalı xəbər verir ki, dünən İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin müşavirləri və nazirlərlə görüş keçirərək, ölkə ordusunun İrana üçüncü hücum ehtimalı ilə bağlı hazırlıq səviyyəsini müzakirə edib.

Görüş İran hökumətinin yaxın gələcəkdə İsrailin onun strateji obyektlərinə birbaşa hücumundan narahat olduğu bir şəraitdə keçirilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …