GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar tərəfindən Güney Azərbaycanın əksər şəhərlərində, xüsusilə Ərdəbildə sentyabrın 23-dən başlayan “Hər azərbaycanlı məktəbli üçün türk dilində bir kitab” kampaniyası artıq ikinci həftəyə daxil olub.
Azərbaycanlı fəallar türk dilində kitablar paylamaqla irqçi və işğalçı fars rejimin mənəvi soyqırım siyasətini minimuma endirib, azərbaycanlı məktəbliləri türkcə kitab oxumağa alışdırmaq istəyirlər.
Azərbaycanlı fəallar həmçinin Azərbaycan türkcəsinin rəsmi dil statusu qazanmasını və təhsilin Azərbaycan türkcəsində aparılmasını tələb ediblər.