Bazar ertəsi , İyun 29 2026
azfa

Fəallar fars rejimin mənəvi soyqırım siyasətinə qarşı Zəncanda türk kitabları payladıalr

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı mili-mədəni fəallar irqçi və işğalçı fars rejimin mənəvi soyqırım siyasətinə qarşı Zəncanda azərbaycanlı məktəblilər arasında türk dilində kitablar payladılar.

Güney Azərbaycanın Ərdəbil, Meşgin və s. şəhərlərində olduğu kimi Zəncan şəhərində də bir qrup azərbaycanlı fəal dünən şənbə günü oktyabr ayının 6-da Zəncan məktəblərinin qarşısına gedərək azərbaycanlı məktəblilərə türk dilində kitablar hədiyyə ediblər.

Qeyd edək ki, azərbaycanlı fəallar son illərdə irqçi və işğalçı fars rejimin Azərbaycan türkcəsini qadağan etməsi və Azərbaycan türklərinə qarşı mənəvi soyqırım siyasəti yürütməsinə qarşı belə kampaniyalar həyata keçirilir. Azərbaycanlı fəallar həmçinin rejimdən Azərbaycan türkcəsin rəsmi dil kimi tanımasını və təhsilin Azərbaycan türkcəsində aparılmasını tələb edirlər.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında aclıq aksiyasına başlayıblar

GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari bu gün, 8 …

Təbriz səhiyyə işçiləri əmək haqqı ayrı-seçkiliyinə etiraz edir

GADTB: Təbriz Səhiyyə Mərkəzinin əməkdaşları Təbriz Tibb Universitetinin qarşısında toplaşaraq maaşların ödənilməsində ayrı-seçkiliyə və bəzi …

Bir cavab yazın