Cümə axşamı , Aprel 25 2024
azfa

Fars, kürd və ermənilərlə yanaşı bir neçə türk deputat da Qərbi Azərbaycanın parçalanması layihəsini imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars, kürd və ermənilərlə yanaşı bir neçə türk deputat da Qərbi Azərbaycanın parçalanması layihəsini imzalayıb.

Təklif layihəsi 67 deputat tərəfindən imzalanıb, onlardan 4-ü erməni, 56 fars, kürd və s. 7-i isə hökumətin əlaltısı olan satqın azərbaycanlı millət vəkilləridir.

Milli, bəlkə də siyasi şüurunun aşağı olduğundan Qərbi Azərbaycan vilayətinin parçalanması ilə bağlı təklif layihəsinə Bostanabadın millət vəkili Məhəmməd Vəhdəti, Miyananın millət vəklili Yəqub Şivari, Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün millət vəkil Şəhabəddin Bimiqdar, Təbriz, Azərşəhr və Üskünün millət vəkili Zəhra Sai, Kəleybər, Xudafərin və Hurandın millət vəkili Quliulla Quluzadə, Bicarın millət vəkili Həmdulla Kərimi və Xoy şəhərinin millət vəkili Tağı Kərimi imza atıb.

Azərbaycanın milli mənafeyinə qarşı yönələn təklif layihəsinin bəzi həmin satqın türk millət vəkilləri tərəfindən imzalanması azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

Qeyd edək ki, avqustun 17-də Qərbi Azərbaycan Əyalətində yeni əyalətin yaradılması ilə bağlı təklif layihəsi İran parlamentinə təqdim olunmuşur.

Təklif layihəsi Xoy şəhərinin millət vəkili Tağı Kəbiri tərəfindən parlamentinə təqdim olunub. Lakin təklifə edilən etirazlar bir gün sonra onun gündəmdən çıxarılmasına səbəb olub. Buna baxmayaraq Güney Azərbaycana qarşı qurulan müxtəlif gizli ssenarilərin hər zaman aktual olduğu məlum olub.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın