Cümə , Aprel 26 2024
azfa

Fars-molla rejimi Çinin müstəmləkəsinə çevrildi; Çinin xoşu gəlməyən haqq sözə görə üzr istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi o dərəcədə kommunist və dinsiz Çinin müstəmləkə və vassalına çevrilib ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Cahanpurun Çinin xoşuna gəlməyən dediyi haqq sözə görə Çindən üzr istəyib.

Qeyd edək ki, Fars-molla rejiminin Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur etiraf edərək bildirmişdir ki, həm öz ölkəsində, həm də dünyada koronavirusun bu qədər kəskin yayılmasına Çinin yaydığı yalan məlumatlar səbəb olmuşdur.

Cahanpur jurnalistlər üçün video konfransında deyib ki, Çin hökumətinin koronavirusla bağlı yaydığı məlumat və rəqəmlər acı zarafat idi.

Kiyanuş Cahanpur həmçinin deyib: “Çin hökumətinin koronavirusa yoluxmuş və bu xəstəlikdən ölmüş insanlarla bağlı yaydığı statistikaları yalan və acı zarafat idi. Dünyanın bir çox ölkələri Çinin təqdim etdiyi həmin yalan məlumatlara aldanaraq koronavirusun adi qripdən də yüngül olduğunu inandırılıb elə biliblər ki, koronavirus çox az sayda insanın ölümünə səbəb olacaq. Görünür, Çin hökuməti bu məsələdə bütün dünya ilə acı zarafat edib”.

Cahanpur sonda bildirib ki, Çin indi də 2 ay ərzində koronavirusun yayılmasının qarşısını ala bildiyini iddia edir və bütün dünya bu sözlərin həqiqətə uyğun olmadığını diqqətlə nəzərə almalıdır.

Bu haqq sözlər islə Çinin xoşuna gəlməyib və İranın fars-molla rejimi kommunist və dinsiz ağasından yəni Çindən üzr istəyib.

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Bir cavab yazın