Cümə axşamı , Yanvar 22 2026
azfa

Fars-molla rejiminin dağıdıcı siyasəti nəticəsində qıtlıq yaranmaqda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yanlış siyasəti üzündən qıtlıq yaranmaqdadır. artıq aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib.

Bu barədə rejimin sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi açıqlama verib.

A.Qubadinin iddiasına görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.

Nazir müavini iddia edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.

Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib. Ümumiyyətlə bütün məhsullar üçüm uzun növbələr son aylarda ölkədə adi hal alıb.

Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

 

 

Həmçinin yoxlayın

Çinin 16 hərbi yük təyyarəsi İrana endi

GADTB: Misli görünməmiş və böyük bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi …

Molla rejimi Qaşqay türkünü etirazlarda güllələdi

GADTB: İranda davam edən etiraz aksiyaları zamanı daha bir gəncin həlak olduğu bildirilir. Tehran Universitetinin …

Bir cavab yazın