Fars rejimdən irqçiliyin son həddi: 40 milyon türkə 1 türk nazirə razılıq vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim irqçilik və türk düşmənliyini o səviyyəyə çatdırıb ki, ölkədə yaşayan əhalinin yarısını təşkil edən türklərdən bir nəfər nazirin təyin edilməsinə belə razılıq vermir. Əslində isə bu 40 milyon Azərbaycan türkünün hüquqlarının 100-də bir faizi deməkdir. Ona görədə azərbayanlı millət vəkilləri rejimi türk nazir təyin etməzsə reaksiya verəcəkləri ilə hədələyiblər.

Təbrizin məlisdəki millət vəkili Məsud Pezeşkiyan Nazirlər Kabinetində türk nazirlər görmək istədiyini və bir türk nazir təyin edilməzsə buna reaksiya verəcəklərini bildirib: “Bu barədə hökumətə xəbərdarlıq etmişik. Azərbaycan bölgəsindən Nazirlər Kabinetinə ən azı bir nəfər seçilməlidir”.

Azərbaycanlı millət vəkili təkidlə vurğulayıb ki, tələb təmin olunmasa, azərbaycanlı millət vəkilləri bu məsələyə ciddi reaksiya verəcək.

Prezident Həsən Ruhani son vaxtlar istefaya göndərilən 4 nazirin yerinə yeni şəxslər təyin etməyə hazırlaşır. Hazırda 17 nazirdən 3-ü istisna olmaqla digər nazirlərın hamısı farsdır. Müdafiə naziri Əmir Hatəminin isə Güney Azərbaycanda doğulduğunü bildirilir.

Qeyd edək ki, rejimin Nazirlər kabinetində türk nazirlərin olması Azərbaycan türk millətinin tələblərindən biridir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.İmbat bəy Muğlunun “Media Turk TV”-də “Paşinyan Turan birliyini dəstəklədi – İstanbulda şok açıqlama” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri …

Bir cavab yazın