Cümə , Aprel 19 2024
azfa

Fars rejimin Futbol Federasiyasının Azərbaycanın Traxtur komandası ilə düşmənçiliyi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejiminin Futbol Federasiyasının Azərbaycanın Traxtur komandası ilə düşmənçiliyi davam edir. Uydurma bəhanələrlə yenə Azərbaycanın Tirəxtur komandası cərimələnib və klub 100 milyon rial cərimə ödəməlidir.

Futbol Federasiyasının İnzibati Komitəsi 2018-ci il noyabrın 7-də İran super liqasında yarışan klublar haqda son qərarını açıqlayıb.

İnzibati Komitənin “Traxtur”la bağlı qərarında bildirilir ki, super liqa yarışlarının 10-cu həftəsində “Traxtur”la “Sepidrud”un görüşü zamanı “Traxtur” tərəfdarları tərəfindən hakimə qarşı təhqiramiz hərəkətlərə yol verilib. Bu komanda 100 milyon rial cərimə ödəməyə məhkum edilir. İnzibati Komitə, komanda tərəfdarlarının davranışı ilə bağlı intizam qaydalarının 85-ci maddəsinə əməl etmək haqda “Traxtur” klubunun məsullarına xəbərdarlıq edib.

Elan olunan hökmdə ötən günlərdə keçirilən görüşdə “Saypa” komandasının üzvləri ilə qarşıdurma yaradan “Perspolis” klubunun adı çəkilmir. Üstəlik Qaşqay türklərinin tərəfdarlarını stadionda döyülməsi cəzasız qalıb.

Qeyd edək ki, “Traxtur” klubu oktyabrın 26-da Rəştin “Sepidrud” komandasını Təbrizin səhənd stadionunda qəbul edib, oyun 2-1 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb. Görüşdə 40 mindən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edərək öz komandalarını təşviq edib.

“Traxtur” klubunu qondarma ittihamla cəzalandıran Futbol Federasiyasının oyun zamanı “Saypa” komandasının üzvləri ilə qarşıdurma yaşayan “Perspolis”i cəzasız buraxması yenə də federasiyanın qərəzli mövqeyindən xəbər verir. Üstəlik farsların komandalarının Azərbaycan türklərini irqçi təhqir etmələrinə baxmayaraq onlar heç vaxt cəzalandırılmır və əksinə təşviq edilirlər.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın