Bazar ertəsi , Fevral 9 2026
azfa

Fars rejimin müstəmləkə siyasətinin nəticələrindən: Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin müstəmləkə siyasətinin nəticəsində min ildən çox yaşı olan Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər. Bu barədə rejimin Tarixi Bina Mütəxəsisləri təşkilatının bəyanatında məlumat verilib.

“Təbrizin tarixi binaları, o cümlədən, dünyanın ən böyük qapalı bazarı olan Təbriz bazarının düzgün qorunmadığı və təmir edilmədiyi halda YUNESKO-nun siyahısından çıxarılma ehtimalı var. YUNESKO-nun bəyannaməsinin 4-cü fəsilinin B bəndinə əsasən, bazar dağılmış tarixi bina siyahısına salına bilər”, – deyə bəyənatda bildirilib.

Xatırladaq ki, Təbriz bazarı 2011-ci ildə YUNESKO-nun 11-ci dünya mirasi kimi siyahıya salınmışdı.

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın