Fars rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz olaraq Ərdəbildə divarlara şüarlar yazıldı – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə ana dillərinin tədrisi ilə bağlı irqçi bəyanatına etiraz olaraq Ərdəbildə divarlara şüarlar yazıldı.

Azərbaycanlı milli-mədəni fəallar qrafit texnikası ilə yazdıqları şüarlara şəhərin müxtəlif yerlərində rast gəlinir. Xüsusilə divarlara yazılıb: “Yaxın gələcəkdə hər kəsin öz sözünü anlaması üçün tərcüməçiyə ehiyacı olacaq! Əlvida ey ana dili!”.

Azərbaycanlı milli-mədəni fəallar beləliklə irqçi fars rejimin Azərbaycan türkcəsini qadağan etməsinə öz etirazlarını bildiriblər. yazdıqları şüarlarla İranda sistemli şəkildə həyata keçirilən irqçi siyasəti kəskin qınayıb.

Bundan öncə isə bununla bağlı şüarlar Muğanın Parsabad şəhərində divarlara yazılmışdı.

Qeyd edək ki, iyul ayının 14-də irqçi fars rejimibn Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırıb. Bu bəyanat Azərbaycan türklərinin haqlı olaraq etirazına səbəb olub.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın