Çərşənbə , Oktyabr 14 2026
azfa

Fars şovinizminin təzahürü: Zeynəb Musəviyə “Firdovsiyə zarafat”a görə 6 ay həbs və cərimə verildi

GADTB: Tanınmış komediyaçı və satirik Zeynəb Musəvi, Əbülqasim Firdovsi barədə bir video–satira yayımladığı üçün məhkəmə tərəfindən 6 ay həbs və 16 milyon toman cərimə cəzasına məhkum edilib.

Məhkəmənin hökmünə əsasən, o həmçinin:

İran mədəniyyəti və fars ədəbiyyatında Firdovsinin və “Şahnamə”nin yeri haqqında elmi məqalə yazmalı,

“Şahnamə” hekayələri əsasında kənd və ucqar bölgələrdə yaşayan uşaqlara 120 saat nağıl danışmaqla cəzasını icra etməlidir.

Komediyaçının həyat yoldaşı sosial şəbəkədə hökmün bir hissəsini paylaşaraq, sənədin “Tehran Vilayəti Baş Məhkəməsi” adına rəsmiləşdirildiyini açıqlayıb. Hökmün mətnində Musəvinin “cinayət xarakterli əvvəlki məhkumiyyətləri”nin olduğu, yayımlanan videonun “cəmiyyətin hisslərini incitdiyi və geniş şəkildə yayıldığı üçün” bu cəzanın verildiyi qeyd olunur.

Zeynəb Musəvi “İmperator Kuzko” obrazı ilə sosial mediada məşhurluq qazanmışdı. O, “Qadın, Yaşam, Azadlıq” etirazları zamanı da həbs edilərək 2 il həbs cəzası almış, daha sonra “Ali rəhbərin məhkumları əfv proqramı”na daxil edilərək azad edilmişdi.

Komediyaçı son illərdə bir neçə dəfə də standap çıxışlarına görə məhkəməyə çağırılmışdı.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …