Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Molla rejimi məcburi hicaba qarşı çıxanlara təzyiqlər artırır

GADTB: İrqçi fars-molla rejimi məcburi hicaba qarşı çıxanlara təzyiqlər artırır.

Artıq İranın Məhkəmə-Ədliyyə Sisteminin sədri Qulamhüseyn Möhseni Ejei məcburi hicaba qarşı çıxanlara yönəlik məhkəmə və təhlükəsizlik basqılarının genişləndiriləcəyini bildirib.

Ejei ölkədəki prokurorlara “sosial anomaliyalar” adlandırdığı fəaliyyətlərdə “mütəşəkkil və xariclə bağlı” tendensiyaların müəyyən olunması və məhkəmə sisteminə təqdim edilməsi ilə bağlı göstəriş verildiyini deyib.

Ejei çıxışında məcburi hicab qaydalarının pozulması mövzusunu “düşmən təxribatının təzahürü” adlandırıb və kiber məkanı da bu fəaliyyətlərin digər istiqaməti kimi göstərib.

O, rəsmiləri və ictimaiyyət nümayəndələrini “düşmənin çəmənində oynamamaq” ilə əlaqəli xəbərdar edərək gündəlik sosial məsələlərin şişirdilməsinin təhlükəli ola biləcəyini vurğulayıb.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …