Şənbə , İyul 11 2026
azfa

Filippo Qrandi Türkiyәni 4 milyondan çox qaçqına ev sahibliyi etdiyi üçün alqışladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarı Filippo Qrandi dörd milyondan çox qaçqına ev sahibliyi edәn Türkiyәni alqışlayıb.

Filippo Qtandi İsveçin ev sahibliyindә keçirilәn I Qaçqınar üzrә Qlobal Forumundan sonra jurnalistlәrә açıqlama verib.

Forumu qiymәtlәndirәn Filippo Qrandi Türkiyәni çox sayda qaçqına ev sahibliyi etdiyi üçün alqışlayıb.

Türkiyәnin 3,6 milyonu suriyalı olmaqla 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini deyәn Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarı Filippo Qrandi bunun asan olmadığını bildirib.

Filippo Qrandi Rәcәb Tayyib Әrdoğanın  Türkiyәdәki suriyalıların ölkәlәrinә geri dönmәlәri ilә bağlı ifadәlәrini dә xatırladaraq deyib: ‘‘Türkiyә prezidenti Әrdoğan geri dönüşlәrin ancaq könüllü şәkildә ola bilәcәyini dilә gәtirib’’.

BMT rәsmisi hәmçinin foruma qatıldığı vә dәstәyi üçün dә Türkiyәyә tәşәkkür edib.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın