Şənbə , İyul 24 2021
azfa

GADTB başqan müavini sayın Eldar Qaradağlının diaspor fəaliyyəti barədə müsahibəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk birliyi başqan müavini Eldar Qaradağlı Quzey Azərbaycan mətbuatına diaspor fəaliyyəti barədə müsahibəsi vermişlər. Müsahibəni olduğunu kimi təqdim edirik:

Xəbər verildiyi kimi Azərbaycanda diasopr fəaliyyətinə stimul vermək, dünya azərbaycanlılarını müstəqlil ölkəmizin ətrafında sıx birləşdirmək məqsədilə, yeni qanun layihəsi hazırlanır. Bu layihəyə görə dünyada yaşayan azərbaycanlılara “Soydaş” milli kartı veriləcək.

Bu xəbər dünya azərbaycanlıları tərəfindən yüksək rəğbətlə qarşılanıb. İsveçdə yaşayan güney azərbaycanlı Eldar Qaradağlı bildirir ki, xaricdə yaşayan soydaşlarımızın sayı respublikada ömür sürənlərin sayından bir neçə dəfə çoxdur:

–          Başqa dünya xalqları bu yolda fəaliyyətə 100 il əvvəl başlasalar da, diaspor bizim üçün yeni sahədir. Ona görə də bu zaman içərisində daha çox işlər görməliyik. İstər belə bir medalın təsis edilməsi, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsinin son dövlərdə gördüyü işləri və fəaliyyətini çox yüksək qiymətləndirirəm. Çünki bu fəaliyyətdə ilk növbədə təşkilatlanmanın daha sistemli şəkildə aparılmasına əmək sərf edilib. Yalnız son bir ildə komitə xaricdə yaşayan 11 mindən artıq soydaşımızla əlaqə imkanları qurub. İnternet televiziyası yaradıb. Xaricdə görüşlər sistemli xarakter alıb. İllərdən bəri davam edən ağrılı  problemlərin həllinə çalışıb.“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyirlər. Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara “soydaş vəsiqəsi” verilməsi də nəzərdə tutulur. Bu da bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək.

–         Dünyada fərqli ölkələrdə doğulmuş azərbaycanlıların bir diaspor bayrağı altında birləşməsində hər hansı problemlər yaşanmır ki?

–           Ölkə daxilində oldugu kimi ölkə xaricində də İran diasporasi, İranı  sadəcə fars kimi tanitdıracaq, qeyri farsların problemlərini diqqətdən kənarda saxlayaraq, İranda demokratiya adına xarici dövlətlərin və beynəlxalq təşkilatların ayırdıqları müxtəlif imkanları da sadəcə öz  əllərində saxlamışlar. Hazırda diasporada onlarla fars dilinde TV var, bir cox radio dalğaları, dəyişik məsələlər üzrə çalışan təşkilatları var. İnanıram ki, bizim hərəkat içəridə və xaricdə savadlandıqca və təbii ki, gücləndikcə o zaman dünyanın da bu məsələlərdən xəbəri olacaq və o zaman bizim durumumuz da dəyişəcək.

      – Dünya diaspor qurumlarının fəaliyətini heç izləyə bilirsinizmi? Sizcə onlarla türk diaspor qurumlarını müqayisə edərkən hansı fərq ortaya çıxır?

      – Dunyada Azərbaycan diasporasi yeni bir məfhumdur. İstər Guneyli, istərsə də quzeyli olsun, fərqi yoxdur. Azərbaycanlıların modern anlamda daha geniş diasporasının yaranması keçən 20 ilə təsadüf edir. Yəni Sovetlər Birliyi dagıldıqdan sonra bərpa olunan müstəqil ölkə öz kimliyi üzərində yarandı. Ondan oncə isə çox dağınıq bir hal müşahidə olunmuşdu. Dunya diasporasi ilə müqayisə edərkən bizim durumumuz çox da tərifli olmayacaq.  Yuxarıda bəhs etdiyimiz kimi əgər  yaxşı durumda olsaydıq, İranda 30 milyon Azərbaycanlının durumu ilə baglı dünya geniş şəkildə xəbərdar olardı. Biz hələlik öyrənirik. Tezliklə yeni nəslin xaricdə savadlanmasına və gruplaşdıqdan sonra durumun yavaş-yavaş olsa da dəyişməsinə şahid olacağıq. Hazırda o yola doğru istiqamət götürmüşük.

–         Güney Azərbaycanın problemləri məlumdur. Ordan şimali Azərbaycan necə görünür…

–         Düşünürəm ki, görüləcək işlər çoxdur. Məsələn, Qarabagdan qaçqın düşmüş bir milyon insanın və Xocalı qurbanlarının məsələsinin dünyaya olduğu kimi çatdırılmasında bir çox addımlar atıla bilərdi. Çox təəssüf ki, bu tipli insan haqlarının tapdalanması ilə bagli ciddi fəaliyyətlərin şahidi deyilik. Sadəcə ildə bir-iki dəfə olayları xatırlamaqla, anım mərasimləri keçirməklə heç bir irəliləyiş qazanmaq olmaz. Onsuzda biz problemlərimizi bilirik. Bu problemlərlə dünyanı məlumatlandırmaq, dünya ictimaiyyətinin diqqətini çəkmək lazımdır ki, bir daha belə bir durumla üz-üzə qalmayaq.

–         Etiraz aksiyalarından sonra Güney Azərbaycanda vəziyyət necədir?

–         Vəziyyət gərgin olaraq qalmaqdadır. Bu baxımdan Azərbaycanlı siyasi məhbusların sayı günbəgün artmaqdadır. Bütün bunları nəzərə alaraq Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Dərnəyi ilə əlaqə quraraq onların fəaliyyəti üzərində bir yazı hazırlamağı düşündük. Əslində məqsəd dünya ölkələrində olan Türk diaspor qurumların Güney Azərbaycanda baş verən olayların münasibətinin hansı formada cərəyan etməsindən ibarət idi.  İrandaki Azərbaycanlılar əsasən ölkə əhalisinin 30 milyonunu təşkil edir. Azərbaycan Türk cəmiyyəti  İranın şimalında və şimal-qərbindədir, ama buna baxmayaraq onlari bütün ölkə üzrə gormək mümkündür. Son illər, onlar daha cox mədəni və dil hüquqlar tələblərindədirlər. O cumlədən Azərbaycan mədəniyyətini  və tarixini diqqətə almaq tələblərini irəli sürürlər. Əlbəttə ki, bu tələblər İran hakimiyyət orqanları tərəfindən şiddətlə yatırdılır, Azərbaycanlı hüquqları aktivistlərinin, işgəncəsi, təqibi və həbsi ilə nəticələnir. 2006 ilin may ayında, dövlət qəzetlərinin birində Azərbaycanlını böcək kimi göstərən karikatura yayınlanmışdı.  Buna qarşı etiraz edən onlarla iştirakçı vəhşicəsinə  öldürüldü, yüzlərlə iştirakçı isə həbsə alındı. Etirazlarin, şiddətlə qarşısının alınması hadisəsini beynəlxalq mətbuat nədənsə diqqətə almadı, yəni bu hadisələri görməzdən gəldilər. Onu da qeyd edim ki, Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliği (ADAPP), 2006-cı ilin noyabrında  Kanadanin British Columbia əyalətində qeydə alınan bir təşkilatdır. ADAPP-ın məqsədi  İranda Azərbaycanlı Türk və başqa azlıqların  insan hüquqları pozulmaları ilə  əlaqəli olarak dünya ictimaiyyətinin diqqətini çəkmək  və onlari  mütəmadi olaraq məlumatlandirmaqdan ibarətdir. ADAPP missiyasını ardıcıl yerinə yetirmək  və fəaliyyətlərini inkişaf etdirmək üçün hər ölçüdə  addımlarını praktiki yollarla zəmanət etməyə çalışır. O zaman qədər ki, onun təşəbbüsləri hədəfə alınsin və fəaliyyətləri ilə nümunəvi bir təşkilat kimi diqqətdə dayansın. Bizim şəbəkə etibarlı və inanılmağa layiq aktivistləri bir-biri ilə kontaktda qoyur. ADAPP-ın əsas məqsədi Azərbaycan cəmiyyətinə dair daha böyük məlumatlanmanın  və nailiyyətlərin inkişafları üçün zəmin yaratmaqdır. Təbii ki, bu,  ADAPP adina da ola bilər, eyni zamanda  Beynəlxalq Amnistiya, və ya başqa NGO  mediya kimi şirketlerin adından da ola bilər. Bizim insan hüquqları cəmiyyəti olaraq rabitələrimiz yerli aktivistlər ilə İranda Azərbaycan bolgəsi olaraq tanınan şimali sərhəddən Azərbaycan Respublikasını və qərbdən Türkiyə ilə İranın sərhəddində yerləşən bölgəni, Azərbaycan ərazilərindən xaric, İranın şərqində Xorasan Türk cəmiyyətləri, Xuzestanda və mərkəzi fars əyalətlərində, digər Türk dilli cəmiyyətlərə şamildir. Həmçinin İrandan xaric olan və mühacir olaraq xaricdə yaşayan Azərbaycanlılar var ki, fəaliyyətimiz nəticəsində onlarla hər zaman əlaqə yarada bilirik.

 Dərnəyimiz  İrandakı Azərbaycanlı insan haqqları cəmiyyətləriylə  hər gün bağlantılar qurur, eyni zamanda  Təbriz, Urmiyə, Ərdəbil,  Zencan və diğər  Azərbaycan şəhərlərindən məruzə edilir.  Həmçinin bu şəhərlərin hər birinin  xarici regionlarda, daha kiçik şəhərlərdə, aktiv qruplar və kütləvi aktivistləri də vardır.  Daha kiçik şəhərlərdə təhlükəsiz kommunikasiyaya və internetə girişin çatışmazlığına görə, aktivistlərin yardıma ehtiyacı olur. İranın təhlükəsizlik xidmətləri sabit telefon xəttləri və ya mobil telefon xidmətlərini dinlədigi üçün biz  müşahidə obyekti olmayan əlaqələr və vasitəçilərdən istifadə edirik. Bütün bu məhdudiyyətlərə, imkansızlığa və bir çox çətinliklərə baxmayaraq müəyyən dərəcədə bütün bu kiçik və əsas şəhərlərdən, təhlükəsiz və etibarlı informasiya axınına imkan yaratmaq üçün oz təmaslarını qura bilirlər. ADAPP, mətbuatın gücünün fərqindədir və beynəlxalq  toplumu Azərbaycan cəmiyyəti ilə bagli məlumatlandirmaya və diqqətə almağa davam edır. Dil haqqı dunyada bütün insanların başlıca  haqqıdır. Yəni hər bir insanın haqqıdır ki, doğulduğu ölkədə, anasından oyrəndiyi dildə danışsın, ana dilində təhsil alsın ki, sonrakı proseslərdə də bu mədəniyyəti o biri nəsillərə ötürə bilsin. Bütün dillər bütün bəşəriyyətin miraslarıdır. Dil insanın keçmişindən və həyat tərzindən xəbər verir. Çox təəssüf ki, İran kimi bir ölkədə dil haqqını müdafiə etmək cəzalandırılmaqla nəticələnir. Bunun səbəbi isə İranda sistematik bir irqcilik siyasətinin olmasıdır. Yəni 80 il əvvəl Riza Xan hakimiyyətə gəldiyi zaman o, Avropadakı irqçi düşüncələrindən  ilham alaraq İranda eyni prosesi həyata keçirtməyə başladı. O zaman Riza xanın şüarı “Bir Millət və Bir Dövlət” oldu ki, bu da farsa, fars dilinə aid edilirdi.  Baxmayaraq ki, İran müxtəlif dillər üçün şərait yaradan mədəni bir ölkə idi, ancaq Riza xanın gəlişi ilə vəziyyət dəyişdi. Onun siyasətinin nəticəsi olaraq 80 ildən artıqdır ki, İranda Azərbaycanlılar və digər etnik qruplar agır ve sistematik farslasdırma  siyasətindən əziyyət çəkirlər.

Həmçinin yoxlayın

Ermənistan ordusu atəşkəsi pozdu; azərbaycanlı əsgəri şəhid oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin …

İran rejimi azərbaycanlı fəal Əmir Səttarini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı fəal Əmir Səttari …

Bir cavab yazın