GADTB başqanı Əjdər Tağızadənin 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bildirişi

GADTB: 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Qədim dövlətçilik tarixi və əənənəsinə malik olan Azərbaycan türk milləti dünyanın imperialist dövlətlərinin fitnəkarlığı nəticəsində parçalanaraq bir hissəsi rus, bir hissəsi isə irqçi farsların əsarətinə düşmüşdü. Sovet İttifaqının çürüməsi Quzey Azərbaycanda Azərbaycan Türk millətinin müstəqillik mübarizəsini gücləndirdi və Azərbaycan türk milləti XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, millətimizin siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da referendum keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

Azərbaycan türk milləti yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Bu gün dünya azərbaycanlılarının yeganə müstəqil dövləti olan Azərbaycan Respublikası güclü bir dövlətə çevrilməklə, işğalda olan ərazilərini erməni işğalından azad etməkdədir. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) hər iki bayram münasibətilə bütün Azərbaycan Türk millətini və dünya türklərini təbrik edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın