Çərşənbə axşamı , Yanvar 26 2021
azfa

GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan ordusunun Ermənistanın cəbhədə təxribatına layiqli cavabı ilə bağlı bildeirişi

GADTB: İşğalçı Ermənistan beynəlxalq hüququn bütün normalarını pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Dağlıq Qarabağ da daxil olmaqla 20 faizini 30 ilə yaxındır işğalda saxlayır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində soyqırım və etnik təmizləmə həyata keçirib. Nəticədə bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. BMT-nin Təhlükəsizlik Şurasının işğalçı Ermənistan ordusunun dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərini boşaltması zərurəti haqqında 4 qətnaməsi 27 ildir Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən icra edilmir. Həmçinin dünyanın digər mötəbər beynəlxalq təşkilatlarının da oxşar qətnamələri icra edilmir. Eyni zamanda işğalçı Ermənistan müxtəlif təxribatlar törətməklə sülh prosesini uzatmağa cəhd göstərir. Artıq Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin müzakirə yolu ilə həlli prosesi tamamilə dayanıb.

İşğalçı Ermənistan həmçinin işğal etdikləri Azərbaycan ərazilərində Suriya, Livan, İraq və s. ölkələrdən gətirdikləri erməniləri qanunsuz şəkildə məskunlaşdırır. Eyni zamanda PKK, ASALA və s. terror təşkilatlarını Azərbaycanın  Dağlıq Qarabağ və işğal olunmuş digər bölgələrinə yerləşdirib və tez-tez terror və təxribat törətməklə Azərbaycanın dinc əhalisini öldürür. Azərbaycan haqlı olaraq həm BMT-nin Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qeyd etdiyimiz qətnamələrini icra etməli və həm də işğalçı Ermənistan tərəfindən terror yuvasına çevrilmiş işğal olunmuş ərazilərini terrorçulardan təmizləməlidir. Bu beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğundur.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) hazırkı dövrdə Azərbaycan ordusunun ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində yeni hərbi təcavüzünə və Azərbaycanın dinc əhalisinə qarşı terror və təxribat törətmələrinə qətiyyətli cavabı və əks hücumunu çox düzgün addım kimi dəyərləndirir. GADTB bu istiqamətdə Azərbaycan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini antiterror əməliyyatı ilə terrorçulardan təmizləyib azad etməsini düzgün və beynəlxalq hüququn normalarına uyğun addım kimi dəstəkləyir.  Bu haqq işdə Azərbaycan dövlətinin və Azərbaycan ordusunun yanındayıq və onlara uğur diləyirik.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türkiyəyə sərmayə axın başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin noyabrında …

İranın Çinə gizli şəkildə qanunsuz neft daşıyan 2 tankeri ələ keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İndoneziya İran neftinin Çinə qanunsuz olaraq məxfi şəkildə …

Bir cavab yazın