Şənbə , İyun 7 2025
azfa

GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan Ordusunun Laçinə daxil olması münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə müzəffər Azərbaycan Ordusunun Laçinə daxil olması və bu bölgənin erməni işğalından azad olunması münasibətilə Azərbaycan Prezidenti, Azərbaycan Türk Milləti və dünya türklərini təbrik edib.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində bildirilir ki, Ali Baş Komandanın qətiyyəti və şanlı Azərbaycan ordusunun xüsusi igidlik göstərməsilə işğalçı Ermənistan təslim olmağa məcbur qaldı. Nəticədə 30 il erməni işğalında olan Laçın rayonu və şəhəri artıq bu gün azad edildi və müzəffər Azərbaycan ordusu həmin Azərbaycan ərazilərini nəzarəti altına aldı. Azərbaycanın strateji bölgələrinin addım-addım azad edilməsi millətimizə ruh bütövlüyü gətirməklə o taylı- bu taylı bütün azərbaycanlıları sevindirir. Bu uğur Türk Dünyasına da böyük töhfədir.

GADTB vətənimiz Azərbaycanın bu qələbəsini sevinclə qarşılayıb, bu münasibətlə Azərbaycan Prezidenti, Azərbaycan Türk Milləti və Türk Dünyasını təbrik edirik.

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Tramp İrana heç bir razılaşmada uranı zənginləşdirməyə icazəsi verilməyəcəyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp İrana heç bir razılaşmada uranı zənginləşdirməyə icazəsi …

Türk ölkəsi Qazaxıstan Britaniya ilə hərbi saziş imzaladı

GADTB: Qazaxıstan nümayəndə heyəti Londonda Böyük Britaniya ilə hərbi əməkdaşlığa başlamaqla bağlı saziş imzalayıb. Bu …