Cümə axşamı , Aprel 25 2024
azfa

GADTB başqanı Əjdər Tağızadənin Aznews tv-nin fəaliyyətə başlaması münasibətilə Təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadə yeni AN.T-nin (Aznews tv) açılması münasibətilə kanalın qurucusu Güney Azərbaycandan olan insan haqqları müdafıəçisi və milli fəal Saleh bəy Kamraniyə təbrik mesajı göndərib.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində deyilir:

Güney Azərbaycanın və davam edən Azərbaycan Milli Hərəkatının informasiya blokadasında olduğu bir şəraitdə AN.T-nin (Aznews tv) işə başlaması çox mühüm bir hadisədir. Bu kanalın irqçi fars rejimin Güney Azərbaycan ətrafında yaratdığı informasiya blokadasını qırıb, Azərbaycan həqiqətlərini Azərbaycan türk millətinə və dünyaya çatdırılmasında böyük uğur qazanacağına inanırıq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) AN.T-nin (Aznews tv) öz missiyasını müvəffəqiyyətlə həyata keçirməkdə hər növ əməkdaşlığa hazırdır. Bu müqəddəs yolda AN.T-yə (Aznews tv) və onun qurucusu sayın Saleh bəyə uğurlar arzulayırıq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Qeyd edək ki, iyunun 1-dən etibarən dünya azərbaycanlılarının yeni AN.T(Aznews tv) özəl media qurumu fəaliyyətə başlayıb.

Gündəm hadisələrı yaymağı hədəfləyən televiziya kanalı peyk, veb-sayt, sosial şəbəkələr vasitəsilə izləyicilərə dünyada baş verən ən son xəbərləri və məlumatları da təqdim edəcək. Kanalın verilişləri İsveçin Stokholm şəhərindən yayımlansa da, proqramları dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlər hazırlayır.

AN.T-nin televiziya proqramları “Yahsat”peykindən 11900 üfüqi 27500 simbolunda və http://www. aznews.tv saytında yayımlanacaq.

Kanalın qurucusu əslən Güney Azərbaycandan olan insan haqqları müdafıəçisi və milli fəal Saleh Kamranidir.

Satellite:Al Yah 1@52.5 East

Frequenty:11900MHz

Polarity:Horizontal

Symbol rate:27500

FEC:7/8

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın