Bazar , Oktyabr 25 2026
azfa

GADTB başqanı Əjdər Tağızadənin müstəqil Azərbaycanın ilk prezidenti Ə.Elçibəyin 80 illik yubleyi ilə bağlı mesajı

GADTB: Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Bütov Azərbaycan İdeyasının başında dayanan böyük şəxsiyyət, keçmiş prezident Əbülfəz Elçibəyin Quzey və Güney Azərbaycanın milli oyanışı və Bütöv Azərbaycan ideyasının yayılmasında müstəsna xidmətləri olmuşdur.

Müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin davamı olaraq dövlət atributlarını müəyyənləşdirən, Azərbaycanın bütövləşməsi uğrunda hərəkatın istiqamətini müəyyən edən Elçibəy Azərbaycan türk millətinin əbədi lideri olaraq qalacaq. “Bütöv Azərbaycanın yolu Təbrizdən keçir” şüarının müəllifi, Güney Azərbaycanın əsarətdən qutulması ideyasını gündəmə gətirən ilk rəsmi şəxs kimi tarixə keçən Elçibəy bütün azərbaycanlıların fikir və düşüncə atası kimi hər zaman qəlblərdə yaşayacaq.

GADTB Güney Azərbaycanın istiqlalı və bütöv Azərbaycanın yaranmasında Elçibəy yolunu və ideyalarını davam etdirir və bu prinsiplərə hər zaman sadiqlik nümayiş etdirəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

 

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın