Çərşənbə , Oktyabr 21 2026
azfa

GADTB başqanı Əjdər Tağızadənin türk sevdalısı Səftər Rəhimliyə bacısı oğlunun Qarabağ savaşında şəhid olması münasibəti başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadə türk sevdalısı, Qarabağ qazısı Səftər Rəhimlini bacısı oğlu Azərbaycan Milli Ordusunun giziri Budaqov Rufiz Şirzad oğlunun Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olması münasibətilə başsağlığı verib.

Sayın Əjdər bəy başsağlığı mesajının bir hissəsində deyilir: “Sayın Səftər bəy əziz bacıoğlunuzun vətənimizin işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda şəhid olması münasibətilə sizə və dəyərli ailə üzvlərinə başsağlığı veriirəm. Vətən sağ olun”.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın