
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “arb24 TV”-də “Pezeşkian ana dilində danışıb xəbərdarlıq aldı” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında Pezeşkianın Şəhriyarın şeirindən iki bəndi oxumasına irqçi fars rejimin dözməməsi, Pezeşkianın isə xüsusilə Azərbaycanla bağlı verdiyi sözlərin heç birini tuta bilməməsi, Urmiya gölünün qurudulmasına və Azərbaycan mədənlərinin talanmasına mane ola bilməməsi, türk dilində təhsil vədinə əməl edə bilməməsi, Pezeşkianın vilayətlərə xüsusi yetkilərin verilməsi sözünü deməsi və ona irqçi farslardan hücumun edilməsi və s. məsələləri danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: