GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Turk TV”-də “Ukraynadan Rusiyaya dağıdıcı zərbələr – Yaralılar var” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Ukraynanın son zamanlar ciddi uğurlar qazanması, Rusiyanın daim regionda dağıdıcı rol oynaması, Rusiyanın İran və Çinlə bir yerdə olması, molla rejimin Rusiyaya arxalanaraq Güney Azərbaycanda insanları edam etməsi, Rusiyanın Ermənistanı dəstəkləməsi və bu gün Putinin İrəvana gedə bilməməsi, Azərbaycanın isə bütün qonşulara sülhsevər münasibətinin olması və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: