Bazar , Noyabr 27 2022
azfa

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Real TV”-də “İrandakı soydaşlarımızın azadlıq istəyi” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyinin başqanı sayın Əjdər bəy Tağızadə “İrandakı soydaşlarımızın azadlıq istəyi” mövzusunda çıxış edib.

Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında İranın molla rejiminin hakimiyyətə gəldiyi andan Güney Azərbaycanı işğal etməsi, Azərbaycan türkünə qarşı düşmənçiliyə davam etməsi, molla rejiminin 44 il müddətinə həm də bütün insanların haqlarını pozması, qadınları, qızları zorakılığa məruz qoyması, Güney Azərbaycan, Güney Türkmənistan və s. qeyri-farslara qarşı hücuma keçməsi, Güney Azərbaycan və bütün İranda xalqların ayağa qalxması, Güney Azərbaycanın öz istiqlalı uğrunda mübarizə parması, İranın açıq şəkildə işğalçı Ermənistanın yanında olmasını göstərməsi, 30 il ərzində və Vətən müharibəsi dövründə Azərbaycana xiyanət edib, Ermənistanın yanında olması, İranın şövinist və işğalçı rejiminin öz mahiyyətini açıq şəkildə göstərməsi, Ermənistanı İran rejiminin ayaqda saxlaması, İranın din pərdəsi altında casus şəbəkəsi yaratması və s. Məsələlərdən danışmışdır.

Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz:

Həmçinin yoxlayın

Molla rejiminin həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Hacılı Urmiyada ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin yaxaladığı Güney Azərbaycanın Xoy şəhərindən olan …

Türkiyə ilk pilotsuz qırıcı olan “Bayraktar Kızılelmanın” istehsalına başlayacağını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına …