
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “TBA TV“də “Güney milli hərəkatı əyaqlar altında, nədən bizə dəstək vermirlər, silahlı mübarizəyəmi keçək?” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy çıxışında həmçinin Güney Azərbaycanda davam edən milli hərəkata müstəqil dövlətlərimizdə bir sıra məmurların diqqətsiz yanaşması, onların yanaşmasının düzgün olmaması, Azərbaycan prezidentinin dünya azərbaycanlıları ilə bağlı öz mövqeyini açıq şəkildə bildirməsi, molla rejimin dağılmaq ərəfəsində olması və gec-tez Güney Azərbaycanın öz müstəqilliyini əldə etməkdə uğur qazanacağı, Azərbaycan və Türkiyənin Güney Azərbaycan məsələsinə xüsusi önəm vermələri zərurəti və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: