Cümə , İyun 18 2021
azfa

GADTB başqanı sayın Əjdər Tağızadədən Türk Dünyasına Yenigün- yaz bayramı təbriki

GADTB: Yenigün – yaz bayramı qitələrə sığmayan türkün və bu gün də bütün Türk Dünyasının bayramıdır. Yenigün bayramı türkün təbiətdən ilham alıb formalaşdırdığı ən qədim bayramdır.

Türk millətinin hələ on min il öncədən formalaşdırdığı Yenigün- yaz bayramı insanların ilkin həyat tərzi, əkinçilik və təbiətin qışdan sonra yenidən oyanması ilə bağlı olmuşdur. Bu bayram əsas iki qitəyə yayılmış türklərin hamısında dinindən asılı olmayaraq keçirilir. Hətta prototürk xalqlar hesab edilən İkiçayarasında Savır və Şumerlərdə belə Yenigün bayramı keçirilmişdir.

“Divani Lüğət-it-türk”də də bu milli bayramımız “Yengigün” (Yenigün) kimi qeyd edilmiş və daha sonralar farscaya hərfi tərcümə edilərək Novruz şəklində türk imperatorluqlarının ərazisində işlədilmişdir. “Yenigün” sözü türk sultanlarının (Səlcuqlu Məlikşah) göstərişi ilə farscaya tərcümə edildiyi üçün bir çox bölgələrdə Novruzi Sultan və Sultan Novruzu şəklində işlədilmiş və hətta bir sıra türk ölkələrində bu gün də bu şəkildə işlədilməkdədir. Yenigünün tərcümə forması olan Novruz böyük Səlcuqlu sultanı Məlikşahın təqvim islahatlarından sonra yayılmışdır.

Üç qitənin min illər boyu hakimi olmuş türk milləti qanadları altına sığınmış bir sıra xalqlardan da bu gözəl ənənəsini əsirgəməmiş və onlar da Yenigün-yaz bayramını mənimsəyib qeyd etməkdədirlər.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) böyük türk millətinin qədim bayramı olan Yenigün-yaz bayramının bu gün də türk millətinin ortaq mirası kimi Türk Dünyasını birləşdirdiyini düşünür. Türkün bu milli bayramı münasibəti ilə Güney və Quzey Azərbaycanda türk millətini, eləcə də Türk dünyasını təbrik edir, millətimizə mutluluq, aydın gələcək, Güney Azərbaycan da daxil olmaqla əsarətdə olan başqa türklərə azadlıq və müstəqillik diləyirik.

Yenigün-yaz bayramınız mübarək!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Xudafərin körpüsünü ziyarət edən amerikalı azərbaycanşünas alim Brenda Şafferdən maraqlı paylaşım

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Harvard Universitetinin Kennedi Kollecinin Xəzər təhsil proqramınınsədri, azərbaycanşünas …

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Ərdəbil şəhərində yaşayan azərbaycanlı …