GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “Sabah İranda nələr olacaq?” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin İranın seçki oyunu və rejimin özünə legitimlik qazanmağa çalışması, namizədlərin yalnız rejim tərəfindən təyin edilməsi, namizədlərin hamısının rejimin öz adamları olması və Azərbaycan türklərinə heç bir faydalarının toxunmaması, azərbaycanlı namizədin də molla rejimin cinayətlərinə göz yummaqla onun cinayətlərinə şərik olması və s. məsələlərdən danışıb.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: