Bazar , Oktyabr 25 2026
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin mərhum Əziz Purvəlinin vəfatı ilə bağlı başsağlığı mesajı

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadə tanınmış azərbaycanlı fəal Əziz Purvəlinin dünyasını dəyişməsi ilə bağlı Azərbaycan türk millətinə və fəalın ailə üzvlərinə baş sağlı mesajı göndərib. Sayın Əjdər bəyin başsağlığı mesajında deyilir:

“Bu gün Güney Azərbaycanda Milli Hərəkatın tanınmış fəalı və ağsaqqallarından olan mərhum Əziz Purvəli dünyasını dəyişmişdir. Mərhum Əziz Purvəli Güney Azərbaycanda heç bir iddiası olmadan Azərbaycan Milli Hərəkatı uğrunda fədakarcasına çalışıb və dəfələrlə işğalçı fars rejimi tərəfindən təzyiq, işgəncə və həbsə məruz qalmışdır.

Güney Azərbaycanda Milli Hərəkatın tanınmış fəalı və ağsaqqalı mərhum Əziz Purvəlinin dünyasını dəyişməsini Azərbaycan türk millətinə, fəalın ailəsi və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm.

Ruhu şad olsun!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı  

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın