GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “TV Musavat” kanalında “Bakıda İranın casus şəbəkəsinə qarşı əməliyyat gedir” mövzusunda çıxış etmişdir.
Sayın Əjdər bəy Tağızadə çıxışında Azərbaycan Respublikasında İranın casus şəbəkəsinə qarşı əməliyyatın keçirilməsi, İranın Azərbaycan səfirliyinə qarşı terror aktının şəxsi zəmində olduğu barədə fikir formalaşdırmağa çalışması, İranın terror dövləti olması və daim səfirliklərə qarşı terror törətməsi, İranın Azərbaycanla düşmənçilikdə İsraili bəhanə etməsi, lakin İsrailin əslində İranda olub və əməliyyat keçirməsi və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəy Tağızadənin müsahibəsinin videosuna buradan baxa bilərsiniz: