GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu gün GADTB-nin Beynəlxalq Əlaqələr Departamenti sədri sayın Mikayıl Oyta və digər gənc üzvləri GADTB-nin Avstraliyada qanuni vəkili Cesika xanım və Roza xanım Avstraliyanın keçmiş imiqrasiya vəziri və hazırda Sidney bələdiyyəsi sayın Phillip Rudock-la görüşüblər.
Keçirilən görüşdə Güney Azərbaycanın istiqlalı məsələsi, İran adlanan ölkədə molla rejimi və s. məsələlər barədə fikir mübadiləsi aparıldı. Görüş zamanı Azərbaycan türklərinin və GADTB-nin Güney Azərbaycanın istiqlalı uğrunda mübarizəsi himayə edildi.
GADTB ilə Avstraliya rəsmisi arasında keçirilən görüşdə həmçinin Urmiya gölünün qurudulması və onun bərpasının zərurəti məsələsi də gündəmə gəlib.
Görüşdə həmçinin GADTB-nin fəaliyyəti və məqsədləri barədə də məlumat açıqlanıb.