Bazar , Dekabr 22 2024
azfa

GADTB-nin 15 Sentyabr Bakının türk ordusunun yardımı ilə erməni-bolşevik işğalından azad edilməsi münasibətilə bildirişi

GADTB: Bu gün 15 Sentyabr Bakının türk ordusunun yardımı ilə erməni-bolşevik işğalından azad edildiyi gündür. 105 il öncə də ermənilər rusların yardımı ilə Azərbaycan ərazilərini, o cümlədən Bakını işğal edib Azərbaycan türklərinə qarşı soyqırım törətmişlər. 1918-ci ilin aprel-mart aylarında Bakını Azərbaycandan qoparmaq istəyən rus-erməni birləşmələri şəhəri əlinə keçirdi. Osmanlının özünün də Rusiya və bir sıra Qərb dövlətlərini hücumuna məruz qalmasına baxmayaraq, işğal edilmiş Bakı sırf türk ordusunun yardımı ilə 15 sentyabrda azad edildi.

Təkcə Bakının deyil Quzey Azərbaycanın müxtəlif əraziləri və Şərqi Anadolu ilə yanaşı Güney Azərbaycanın qərb bölgəsi də Rusiya və başqa Qərb dövlətlərinin himayəsi ilə təşkilatlandırılan erməni, aysor və kürdlərin əlilə dəhşətli soyqırıma məruz qaldı. Təkcə Urmiya, Salmas və Xoy bölgəsində rəsmi statistikaya görə 200 min Azərbaycan türkü soyqırıma məruz qaldı.

Hər tərəfdən Rusiya və Qərb dövlətlərinin hücumuna məruz qalan Osmanlı Türkiyəsi bu ağır şəraitdə ermənilər tərəfindən soyqırım məruz qalan Şərqi Anadolu, Quzey Azərbaycan və Güney Azərbaycanda türklərin tamamilə məhv edilməsinin qarşısını almaq üçün hərəkətə keçdi. 1918-ci ildə Şərqi Anadolunun işğaldan azad edilməsindən sonra Qafqaz İslam Ordusu Nuru Paşanın başçılığı ilə Quzey Azərbaycana daxil olub, Azərbaycan Xalq Cümhuriyyətinə yardıma gəldi, sentyabr ayının 15-də var olan paytaxtımız Bakı erməni-bolşevik işğalından azad edildi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya köçürüldü.

Qafqaz İslam Ordusu ilə yanaşı Osmanlı ordusunun digər bir hissəsi də Güney Azərbaycana daxil olub, Xoy şəhərinin işğal edilməsinin qarşısını almaqla yanaşı sentyabrın ortalarında Salması və sentyabrın sonlarında isə Urmiyanı erməni-aysor işğalından qurtardı.

Həmin dövrdə Türk ordusu necə yardıma gəlmişdisə, günümüzdə də Türk ordusunun yardımını hiss etmək mümkündür. Qarabağın erməni işğalından azad edilməsində də Türkiyənin mənəvi və siyasi himayəsi öz sözünü dedi. Bu gün artıq Qarabağ və Şərqi Zəngəzur da azad edilmişdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 15 sentyabr zəfəri münasibətilə Qafqaz İslam Ordusu və Nuru Paşanın xatirəsini böyük sayğı ilə anır, Azərbaycan-türk millətini təbrik edir və Türk ordusunun Azərbaycana gəlişi və dəstəyini yüksək dəyərləndirir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …