Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəal Mehrdad Qadiri molla rejimin məmurları tərəfindən həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Mehrdad Qadiri dünən saat 17:00 radələrində İran rejiminin ETTELAAT məmurları tərəfindən iş yerində döyülərək həbs edilib.

Saat 19:00-da isə İran rejiminin üç ETTELAAT məmurları azərbaycanlı fəalın evinə basqın edərək, evdə axtarış apararaq onun noutbuku, kitabları, mobil telefonu kimi şəxsi əşyalarını müsadirə ediblər.

Hələlik həmin azərbaycanlı fəalın həbsinin səbəbi və harada saxlanması barədə məlumat yoxdur. Ona görə də azərbaycanlı fəalın valideynləri onun sağlıq durumundan narahatdırlar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …