Bazar ertəsi , Oktyabr 26 2026
azfa

GADTB-nin İranın Azərbaycanın qərb bölgəsində mühacir kürdləri alət etməsi və seçki oyunu barədə bildirişi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanı işğal edib, müstəmləkə şəraitində sağlayan işğalçı rejimdir. İşğalçı rejimin seçki oyunu da daxil olmaqla hər bir oyunu Azərbaycanın əleyhinə olduğu üçün Azərbaycan Milli Hərəkatı tərəfindən rədd edilir.

İşğalçının işğalçılıq, zülm və müstəmləkə siyasətini hər hansı seçki ilə ortadan qaldırmaq özünü aldatmaqdır və Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada da kürdlər kimi irqçi fars-molla rejimin alətinə çevrilmək heç bir xeyir verməyəcək. Güney Azərbaycanın əsas problemi öz müstəqilliyini qazanıb və öz ərazilərində öz hakimiyyətini qurmaqdır və molla rejimin hər hansı seçki oyununa qatılmaq qeyd etdimiz məqsədə xidmət etmir.

Azərbaycan Milli Hərəkatının içəridə və xaricdə olan fəalları da açıq şəkildə molla rejiminin seçki oyununun Azərbaycana müsbət heç nə verməyəcəyinə inanırlar. Bu məsələlər bir daha Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) işğalçı və irticaçı İran rejiminin seçki oyununa getməmək barədə mövqeyinin Güney Azərbaycanda milli fəallar tərəfindən də dəstəkləndiyini göstərir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini bütün ümummilli məsələlərdə birliyə çağırmaqla bir daha işğalçı İran rejiminin seçki oyununa yox deməyə səsləyir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …