Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Molla rejimi ana dilinə görə azərbaycanlı fəal Əsgər Fərəcini həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal Əsgər Fərəcini həbsdə saxlayır.

Əsgər Fərəci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyinə qarşı hərəkət etmək məqsədi ilə toplaşmaq və sövdələşmək”, “rejim əleyhinə qruplara üzv olmaq”, “İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq”, “İctimai şüuru pozmaq məqsədi ilə kiberməkanda yalan yaymaq” ittihamları ilə 17 il 4 ay həbs və Cənubi Xorasan əyalətinə 2 il sürgün cəzasına məhkum edilib. 

Apellyasiya məhkəməsində bu cəza 5 ilə endirilib.

Əsgər Fərəcinin vəkili Sina Yusifi bu azərbaycanlı fəala verilən hökmlə bağlı açıqlama verib: Müvəkkilim Əsgər Fərəci “Ana Dili” sahəsində sivil fəaliyyətinə görə 4 ilə yaxındır ki, Evin həbsxanasında məzuniyyətsiz saxlanılır. 

Həmçinin yoxlayın

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …