Çərşənbə axşamı , Aprel 23 2024
azfa

GADTB-nin işğalçı Ermənistanın təcavüzü və 50 Azərbaycan hərbçisinin şəhid olması ilə bağlı bildirişi

GADTB: Sentyabrın 12-də gecə saatlarında işğalçı Ermənistan ordusu Azərbaycana qarşı yeni təxribata başlamış və genişmiqyaslı hücum və təxribat nəticəsində böyük bir ərazidə toqquşma baş vermişdir. Azərbaycan ərazilərinin minalayan və təxribat həyata keçirən işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hərbi təcavüzlə paralel İranın, Fransanın, Rusiyanın və s. ölkələrin rəhbərlərinə zəng edərək, erməni riyakarlığı ilə hücuma məruz qalma şousu nümayiş etdirdi.

Daim işğalçı Ermənistanı dəstəkləyən İran, Fransa və Rusiya bu dəfə də işğalçı Ermənistanı dəstəkləməyə çalışdılar. Lakin həm ermənilərin, həm də onların hamilərinin təxribatı və yalanları daha öz təsir gücünü itirib. Qəhrəman Azərbaycan Ordusu hər növ təxribat və təcavüzün qarşısını mərdliklə alır və lazımı cavabı verir.

Sözsüz ki, Azərbaycan Ordusu öz canı və qanı bahasına vətənini qoruyub, işğalçıların hücumunu dəf edir. Son erməni təcavüzündə də qəhrəmancasına vətənini müdafiə edən 50 nəfər Azərbaycan hərbçisi şəhid olmuşdur.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və təxribatını, eləcə də Ermənistanın hamilərinin ədalətsiz və qərəzli mövqeyini kəskin şəkildə pisləməklə, Azərbaycan şəhidlərinin ailələri, yaxınları və Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Türk Millətinə dərin hüznlə başsağlığı veririk.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …