Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanlı milli fəal Kərim İsmayılzadə Təbrizdə həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ETTELAAT və Sepah məmurları Təbrizdə azərbaycanlı milli fəal və idmançl Kərim İsmayılzadəni həbs edilib.

Azərbaycanlı milli fəal Kərim İsmayılzadənin bu gün sentyabrın 14-i səhər saatların Təbrizdə həbs edildiyi bildirlir.

Fəalın həbs səbəbləri və hara aparıldığı barədə dəqiq məlumatlar olmasa da, onun Urmiya gölünün qurudulmasına etiraz etdiyi üçün təzyiqlərlə qarşılaşdığı və yaxalandığı güman edilir.

Qeyd edək ki, İran terrorçu Sepah qüvvələrinin təhlükəsizlik bölməsi keçən həftə də azərbaycanlı milli fəal və idmançl Kərim İsmayılzadəyə zəng edərək onu idarəyə çağırmışdılar.

Kərim İsmayılzadə öz sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb və yazmışdı ki, hansı səbəbə görə çağrıldığını bilmir və soruşsa da ona açıqlama verməyiblər.  

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …