GADTB: Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə baş verən zəlzələ böyük bir ərazidə dəhşətli dağıntılara səbəb olub. Nəticədə bir sıra böyük şəhərlər də daxil olmaqla zəlzələ bölgəsində çoxsaylı hündür mərtəbəli binalar çöküb və dəhşətli faciə baş verib. Dağıntılar altında yüzlərlə insan qalıb və xilasedicilərin əməliyyatı davam edir.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Türkiyə dövləti və Türk millətinin bu faciəsini öz faciəsi kimi bilib, böyük Türkiyə və türk millətinə dərin hüznlə başsağlı verir. Türkiyənin kədəri bizim kədərimizdir. Zəlzələdə həyatını itirənlərin yaxınların səbir diləyir və yaralılara acil şifa diləyirik.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı