Cümə , Aprel 19 2024
azfa

GADTB-nin Xarici Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oytanın son hadisələrlə bağlı müraciəti

Mən Mikayil Oyta Güney Azərbaycanın Tebriz şəhərindənəm və 32 ildir  Avstraliyada yaşayıram.

Güney Azərbaycan Demokratik Türk Birliyin Xarici Əlaqəlar Departamentinin sədri və  Avstraliya Azerbaycan Assosiyası- Birliyində  fəaliyət göstərirəm.

İranda 1357 (1979) ingilabında gənc yaşlarımda mili-siyasi fəaliyətlərimə başlamişam. Ona gorə də keçmiş şah  və mola rejimlərinin zindanlarında, işgəncələrə məruz qalmışam.

İranda molla fars şovinist hakimiyyətində korrupsiya və fəsadı artıb, iqtisadi vəziyyət pisləşib.

İran və İraq 8 il mütləq yanlış savaşa girib 1 milyon günahsız insanın ölümünə səbəb oldular. Onların da çoxu bizim gənç türk millətindən idi.

Qonşu və uzaq ölkələrlə yararsız xarici siyasət qurdular.

Bu molla hakimiyyətinin potensialı ve fikir gücləri mütləqa ölkədə yaşayan millətlərin iqtisadi, siyasi, kültürəl, səhiyyə və xarici siyasətini düzgün idarəetmə qabiliyyətinə malik deyildir. Ən onəmlisi isə stratejik istək və qayələri bu yöndə deyildir .

Bu fars şovinist-dinçi hakimiyyət bizim Güney  Azərbaycan Türk  Millətinin kültürünü, dilini,  kimlik ve varlığını,  iqtisadiyatını, səhiyyə və sağlıq vəziyyətini,   Ətraf mühitini və tarixi əsərlərini  məhv etməyə çalışır.

İran rejimi bizim Güney Azərbaycanda yeraltı ve yerüstü  sərvət və mənbələri çalıb tamamilə öz şəxsi ciblərinə və terror siyasətinə istifadə edir.

Bizim sayın Əjdər bəy Tağizadə Təşkilatın birinci məsulu ( Başqanı ) və  sayın Eldar bəy Qaradağlı təşkilatimizin siyasi məsulu bu qonuların bundan əvvəl çoxunu açıqlıyıblar .

Güney Azərbaycan Demokratik Türk Birliyi təşkilatı Güney Azərbaycan Türk millətini və bütün Azərbaycan torpaqlarını müdafiə edən bütün təşkilatlar və şəxslərlə iş birliyi edə bilər.

Keçən yüz ildə Səttar xan, Bağır xan Məşrutə Hərəkatı, Şeyx Məhəmməd Xiyabani mübarizəsi, Pişəvəri qurduğu Milli Hükümət və muxtariyyət 1357 (1979) İngilabı  hamisi bizə böyük bir ders və təcrübə olmuşdur ki, Azərbaycanın tək bir yolu var. Oda özünün hakimiyyətinin olması və öz müqəddəratının özü həll etməli olmasıdır.

Bu baxış və istək real bir faktdır. Bunsuz İran adlanan ölkədə sabitlik ola bilməz.

Buna görə bu gün İran adlanan ölkədə ərəblər, bəluçlar bu yolda qərarlarını veriblər və ona görə də mubarizə aparırlar.

XXI əsrdə texnologiya, siyasət, iqtisadiyyat, kültür elmi yolla gedir.  Güclü sabit dövlət sekular olmalıdır. İnsan haqlarını tanımal, ona hörmət etməlidir .

Güney Azerbaycana qarşı zülmlərdən sonra millətimiz bir modern, demokratik, sekular, mədəni və inkişaf edən bir milli dövlət istiyir. Millətimiz öz müqəddəratını özi təyin etməlidir.

Pişəvəri dövrünün 72 il bunan əvvəl bir ildə inkişafı bizə balaca nümunədir.

Bəhreyn İrandan ayrılandan sonra inkişaf etdi. Biz azərbaycanlılar inkişaf edən böyük  bir millətik biz tarix yaradıb yazarıq.

Bu gün Azərbaycan Türk Milləti, xüsusilə cavanlarımız, Universitet öyrənciləri bilməlidirlər ki, öz mənafeyimizi mudafiye etməliyik.

Biz Azərbaycan Türk  Milləti bu XXI əsrdə bütün millətlərlə və dövlətlərlə  istədiyimiz siyasi,  iqtisadi ve digər məsələlərdə  dialoq aparmalıyıq. Bütün hər nə problem olsa onları danışıqla həll etməliyik.

Biz etiraz və proteslərimizi nə zaman özümüz münasib bilsək öz sözümüzü və istəklərimizi öz Türk dilimizdə deməliyik.

Bu gün dünya bizim millətimizin haqlı etirazlarını və hakimiyyət dəyişikliyini  himayə edir. Biz Azərbaycan Türk  Milləti öz istəklərimizi onlara çatdirmalıyıq. Bizim üçün şərait münasibdir və tarixi biz yaradib, yazırıq.

İran adlanan ölkədə hər bir millət mübarizəsində bu gün öz platformlarını açıq və bəlli etməlidilər.

Bu molla fars şovinist hakimiyyətinin sonu gəlib çatib. Bunların cinayətlərindən bir neçəsinə toxunuram.

1-Millətimizin iqtisadi vəziyyətini ən pis yerə gətirib, çıxarıb. İşsizlik, bahalıq baş alıb gedir.  Millətimizin milyardlarla pulunu oğurlayıb, aparıblar və aparırlar…

2-Ekoloji fəlakətlərə səbəb olublar (Urmu gölü birinci nümunədir) və Azərbaycanın ətraf mühiti ən pis vəziyyətdədir;

3-Tarixi əsərlərimiz, binalarımız məhv olmaqdadır;

4-İnsanların azadlığı yoxdur;

5- Daxili və xarici siyasət bərbaddır;

6-Kültürümüzü dəyişib və ya məhv etməyə çalışıblar;

7- Azərbaycanın tarixi torpaqlarını və coğrafiyasını dəyişməyə çalışıblar;

8- Azərbaycan millətinə qarşı cinayət törədiblər və bu gün biz bu məsələləri açıqca danışırıq.

Və platformalarımız açıqdır və hər bir daxili ve xarici siyasi təşkilatla diyaloqa girməyə hazırıq. Güney Azərbaycanın müstəqilliyi bizim türk millətinin istəyidir və bu istiqamətdə açıq müzakirə aparmağa hazırıq.

İran adlanan ölkədə öz müstəqilliyi uğrunda fəaliyyət göstərən və bu hakimiyyətə qarşı mubarizə aparan başqa millətləri himayə etdiyimzi bildiririk, özümüzü onların yanında bu haqlı mubarizədə görürük.

Güney Azərbaycan dövlətini yaratmaq əsas amalımızdır.

Var olsun millətlərin haqlı mubarizəsi

Var olsun Güney Azərbaycanın müstəqilliyi

Mikayil Oyta

6-01-2018

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın