Şənbə , Mart 22 2025
azfa
Qaynar xəbər

GADTB-nin Yenigün-yaz bayramı münasibəti ilə təbrik mesajı

GADTB: Türk Dünyasının qədim zamanlardan təbiətin oyanması və yazın gəlişi ilə bağlı keçirdiyi Yenigün-yaz bayramı bu gün bəşəriyyətin mühüm bayramlarından birinə çevrilmişdi. Kökü türkün yaşam tərzindən qaynaqlanan və sonradan türk şahları tərəfindən hərfi tərcümə şəklində tacik dilinə tərcümə edilən Novruz bayramı hazırda fars kimi tanınan taciklərin tarixindən yüz illər öncə türkün tarixində Yengigün (Yenigün) bayramı şəklində mövcud olub və tarixə düşmüşdür. Hələ hun türklərinin bu bayramı keçirməsi barədə danılmaz tarixi faktlar var. Bu bayram bir neçə qitəyə yayılan bütün türklərin qədim zamanlardan təbiətin oyanması və yazın gəlişi ilə bağlı keçirdiyi bayramdır.

Erməni və farsın qədim tarixi və mədəniyyəti olmadığı üçün təhriflərə məcbur qalırlar. Lakin türklərdə hər hansı məsələ ilə bağlı təhrifə ehtiyac yoxdur. Yenigün bayramının qədimdən türklərin bayramı olması ilə bağlı da “Divani Lüğət-it-türk” kimi mötəbər əsərdə danılmaz faktlar mövcuddur. Belə ki, həmin əsərdə oğuzlu-qıbçaqlı bütün dünya türklərinin qeyd etdiyi bu milli bayram “Yengigün” (Yenigün) kimi qeyd edilmişdir. Yengigün bayramı daha sonralar farscaya hərfi tərcümə edilərək Novruz şəklində türk imperatorluqlarının ərazisində işlədilmişdir. “Yenigün” sözü türk sultanlarının (Səlcuqlu Məlikşah) göstərişi ilə farscaya tərcümə edildiyi üçün bir çox bölgələrdə Novruzi Sultan və Sultan Novruzu şəklində işlədilmiş və hətta bir sıra türk ölkələrində bu gün də bu şəkildə işlədilməkdədir. Yenigünün tərcümə forması olan Novruz böyük Səlcuqlu sultanı Məlikşahın təqvim islahatlarından sonra yayılmışdır.

Türk millətinin hələ on min il öncədən formalaşdırdığı Yenigün- yaz bayramı insanların ilkin həyat tərzi, əkinçilik və təbiətin qışdan sonra yenidən oyanması ilə bağlı olmuşdur. Bu bayram əsas iki qitəyə yayılmış türklərin hamısında dinindən asılı olmayaraq keçirilir. Hətta prototürk xalqlar hesab edilən İkiçayarasında Savır və Şumerlərdə belə Yenigün bayramı keçirilmişdir.

Üç qitənin min illər boyu hakimi olmuş türk milləti qanadları altına sığınmış bir sıra xalqlardan da bu gözəl ənənəsini əsirgəməmiş və onlar da Yenigün-yaz bayramını mənimsəyib qeyd etməkdədirlər. Lakin bundan su-istifadə edənlər öz cəzasını alacaq. Təəssüflə Urmiyanı işağl etmək üçün soyqırım törədən erməni və aysorlar, eləcə də Qarabağı işğal edib və orada yallı gedən Paşinyan və ermənilərin taleyindən ibrət dərsi çıxarmayan kürdlər, bu gün Urmiya və Qərbi Azərbaycan bölgəsinə gəlib Paşinyan yallısı gedib, onun Qarabağı Ermənistan adlandırdığı kimi Urmiya və Azərbaycanın bu hissəsini irqçi fars-molla rejimin və terrorçu təşkilatlarının fitvası ilə kürdüstan adlandırırlar. Lakin bunun onlar üçün nə acı nəticələri olacağını düşünmək istəmirlər. Lakin tarix yaxşı ibrət güzgüsüdür. Madam ki, maşaya çevrilib, acı nəticələrini dadmaq istəyirlər, buyursunlar!

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Yenigün-yaz bayramı münasibəti ilə Güney Azərbaycan və Quzey Azərbaycanda Azərbaycan Türk Millətini, eləcə də Türk Dünyasını təbrik edir, millətimizə mutluluq və aydın gələcək, Güney Azərbaycan daxil olmaqla əsarətdə olan digər türklərə azadlıq və müstəqillik arzulayır.

Yenigün-yaz bayramınız mübarək!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Avropa İttifaqı rəsmisi Praqada Ermənistan və Azərbaycan arasındakı sülh prosesini müzakirə edib

GADTB: .Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Çex …

Tramp İrana hərbi zərbə endirmək üçün Senatdan icazə istəyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp artıq İrana hərbi zərbə endirmək üçün lazımi …