“Güney Azərbaycan Demokratik Türk Birliyi”nin
Nizamnaməsi
“Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB), İngilizcə “South Azerbaijan Democratic Turkic Unity” (SADTU) Güney Azərbaycan türklərinin milli qurtuluşu, beynəlxaq qanunlar çərçivəsində müstəqilliyini bərpa etməklə Azərbaycan Türk Cümhuriyyətinin yaranmasını qarşısına məqsəd qoyub.
- GADTB-də üzvlük
1.1. GADTB-nin üzvü eyni zamanda başqa siyasi təşkilatda ola bilməz.
1.2. GADTB-də üzvlük könüllü, şəxsi iradə ilə olmalıdır. GADTB-ə üzvlük şərti Güney Azərbaycan türkü olmaq, GADTB-nin məramnamə və nizamnaməni qəbul etmək və üzvlük haqqını ödəməkdən ibarətdir.
1.3. GADTB-in çalışma dinamikası bölgələr üzrə uyğunlaşır. Demokratik dünya ölkələrində, o cümlədən Azərbaycan Respublikasında, Türkiyədə üzvlərin açıq və yarıaçıq çalışması manesiz olsa da, Güney Azrbaycanda və işğal olunmuş başqa ərazilərimizdə üzvlük gizlidir.
1.4. GADTB-ə üzvlər, sırdaşlıq və sirr saxlama prinsipi əsasında götürülür. Düşmənlərlə gizli əlaqə qurmaq, qurumun sirlərini açmaq və ya düşmənə sızdırmaq milli xəyanətdir. Bu prinsipə uymayan hər kəs, qurumdan uzaqlaşdırlaraq, ifşa olunur.
1.5. GADTB-də adi və yüngül xətaların qarşılığı, ilkin xəbərdarlıq, yazılı xəbərdarlıq, müvəqqəti uzaqlaşdırma və qəti uzaqlaşdırma kimi cəzalar tətbiq olunur.
1.6. GADTB-dən uzaqlaşmaq hər üzvün şəxsi haqqıdır.
1.7. GADTB öz üzvlərinin və təəssübkeşlərinin hüquqlarını müdafiə edir.
- GADTB-nin qurultayı
2.1. Qurultay, GADTB-nin yüksək orqanıdır. Adi şəraitdə 2 ildən bir, fövəqladə vəziyyətdə isə, qurultay və ya yönətim qurumunun toplantısı qurumun taleyini müəyyənləşdirən orqan sayılır.
2.2. Qurultay seçilmiş üzvlərin iştirakı ilə keçirilir. Yaşadığı yerdən asılı olmayaraq seçilmiş üzv qurultayda iştirak etmək haqqı qazanır.
2.3. Məramnamə, Nizamnamə, simvollar, sənədlər qurultayda qəbul olunur. Qurultay GADTB-nin Yönətim qurulunu seçir, qurumun orqanlarını formalaşdırır, onalara vəzifə verir və məsuliyyət daşıyan şəxslərdən hesabat istəyir.
2.4. İki qurultay arası GADTB-nin idarəçisi qurultayda seçilmiş Yönətim quruludur.
2.5. Fövqəladə qurultayların keçirilməsində Yönətim qurulunun istəyindən əlavə, təşkilatın 1/5 üzvlərinin də imzası gərəklidir.
2.6. Dövr arası Yönətim qurulunun istəyi ilə seçilən üzvlərin üzvlük məsələsinin təsdiqinə keçiriləcək ilk qurultayda baxılır.
- GADTB-nin Yönətim Qurulu
3.1. Yönətim qurulu, Qurultayda seçilir və iki qurultay arası GADTB-nin qurultayda təsdiq edilmiş Məramnamə və Nizamnaməsi qarşısında məsuliyyət daşıyır.
3.2. Yönətim qurulu GADTB-nin gündəmilə bağlı gərəkli departamentlər yaradır. Yaradılan departamentlər təsdiq üçün növbəti qurultaya təqdim edir.
3.3. Yönətim qurulu ən azından ayda iki dəfə toplanır. Qurumun toplantı sistemi əyani və ya internet vasitəsilə həyata keçirilir. Toplantılar üçün yetər say sadə səs çoxluğu nəzərdə tutulur.
3.5. Yönətim qurulunun ixətalı üzvünün durumunun qurultayadək dondurulması Yönətim qurulunun sadə səs çoxluğunu tələb edir. Ancaq xətalı üzvün qurumdan uzaqlaşdırilması qurultayın təsdiqinə bağlıdır.
- GADTB-nin Humanitar və Hüquq Departamenti
4.1. GADTB insan haqları və hüquqi məsələlərlə bağlı beynəlxalq aidiyyəti təşkilatlarla əməkdaşlıq edir. İnsan haqlarıın cəmiyyətdə oturuşmasına çalışır. Güney Azərbaycan coğrafiyasında insan haqlarının pozulması faktlarını beynəlxalq insan haqları təşkilatlarında gündəmə gətirir.
4.2. Bu departament öz əhatəsini genişləndirmək üçün işçi qurum yaradır. Qurultay qarşısında hesabat verir.
- GADTB-nin Təşkilatlandırma Departamenti
5.1. GADTB-nin Təşkilatlandırma Departamenti, qurumun çalışma metodunu seçir, təşkilatlandırma işlərini həyata keçirir.
5.2. GADTB-nin üzv qəbulu siyasətini müəyyənləşdirir. Bu istiqamətdə yeni üzvlərin sağlamlığını araşdırır. Yeni üzvlərin qəbulu məsələsini həyata keçirir.
5.3. GADTB-nin konfranslarını, toplantılarını, lazımi mitinq və s. təşkilini üzərinə götürür. Bu funksiyanı yerinə yetirmək departamentdə işçi qrupu yaradır.
5.4. GADTB-nin ümumi büdcəsindən maliyələşir. Gördüyü bütün işlərin hesabatını Yönətim Quruluna və YQ vasitəsilə qurultaya təqdim edir.
5.5. GADTB-nin bölgə, ölkə və bütün şəhərdə Güneyin dəyişən şəraitinə uyğun strategiyasını müəyyənləşdirib həyata keçirir.
5.6. GADTB-nin daxili düzənini qurmaq üçün departamentlərin strukturunu tələb və təsdiq edir.
- GADTB-nin Mətbuat və İnformasiya Departamenti
6.1. GADTB-nin internet, mətbuat, təbliğat, əlaqə, yayım və sayt işlərini üzərinə götürür. İşlərinin düzgün yönəldilməsi üçün daxili işçi qruplar yaradır.
6.2. GADTB-nin Güneylə əlaqəsi olduqca gizli aparılır. Bu sahədə Güneydən gələn təklifləri Yönətim qurulunda müzakirəyə çəxarır. Təşkilatın fəaliyyət təhlükəsizliyi üçün vəziyyəti davamlı nəzarətdə saxlayır.
6.3. GADTB-nin diyaspora və lobbiçilik funksiyasını həyata keçirir.
6.4. GADTB-nin milli ideyasını, strateji planlarını yaymaq məqsədilə tele-radio və çeşidli internet imkanlarını təşkil edir. Yönətim Qurulu və YQ aracılığıyla qurultaya hesabat verir.
- GADTB-nin Dil, Tarix, Toplum və Sosial Tədqiqatlar Departamenti
7.1. GADTB-nin elmi ideoloji və strateji araşdırmalarını üzərinə götürür. Bununla bağlı departamentin daxili işçi qurupları yaradırlır. Türk dünyası və Azərbaycanın milli kimliyini, tarixini, dilini, gələnəyini araşdırır və uyğun istarteji planlarını təqdim edir.
7.2. Digər qardaş təşkilatlarla ortaq iş planları cızır, icra mexanizmi formalaşdırır.
7.3. GADTB-nin stareji planlarından olan fars rejiminin assimilyasiya siyasəti ilə mübarizədə dil və kültür sahəsində çalışmalı, düşmənin assimilyasiya siyasətini zərərsizləşdirməlidir
7.4. İran adlanan yerdə və xaricdə milli mənafeyə uyğun çeşidli dil, mədəniyyət və s. sahələrdə dərnəklərin yaranmasını həyata keçirir.
- GADTB-nin Maliyyə Departamenti
8.1. GADTB-nin milli məqsədləri uğrunda gördüyü bütün işlərin maliyyəsini təmin etməyi üzərinə götürür. GADTB-nin ilk maliyyə qaynağı üzvlük haqqıdır.
8.2. Maliyyə və iqtisadi gəlir qaynaqlarının araşdırılması, maliyyə fonduna rəhbərlik bu departamentin üzərinə düşür. Departament Yönətim Qurulu və YQ aracılığıyla qurultaya hesabat verir.
- GADTB-nin Siyasi Departamenti
9.1. GADTB-nin Siyasi Departamenti GADTB-nin siyasətini müəyyənləşdirir.
9.2. GADTB-nin Siyasi Departamenti Güneyin milli-siyasi vəziyyətini dünyada əks etdirir, bu istiqamətdə qurumun beynəlxalq əlaqələr, mətbuat və təşkilatlandırma departamenti ilə sıx əlaqə yaradır.
9.3. GADTB-nin Siyasi Departamentinin iş mexanizmi ilə bağlı çeşidli bölmələri olabilər. Həmin bölmələrin yaranması YQ-nun nəzarəti ilə altında həyata keçirilir. Siyasi Departament YQ aracılığıyla qurultay qarşında məsuliyyət daşıyır.
9.4. GADTB-nin ümumi politikasın məsulu olan bu Departamentin başçısı, Başqanın istəyi və YQ-nun təsdiqi ilə GADTB-nin Başqan Yardımçısı statusuna yiyələnir.
- GADTB-nin Beynəlxalq Əlaqələr Departamenti
10.1. GADTB-nin Beynəlxalq Əlaqələr Departamenti qurumun beynəlxalq əlaqələrini üzərinə götürür. GADTB-nin xarici siyasətini yeridir. Bu Departamentin başçısı Başqanın istəyi və YQ-nun təsdiqi ilə GADTB-nin Başqan Yardımçısı statusuna yiyələnir.
10.2. Beynəlxalq Əlaqələr, GADTB Başqanının hər hansı səbəbə görə olmadığı halda, Departament məsulu və GADTB-nin Başqan vəzifələrini yerinə yetirir. Bu vəzifə üçün GADTB-nin YQ-nun təsdiqi lazımdır.
10.3. GADTB Başqanının istəyi və Yönətim Qurulunun təsdiqi ilə, Beynəlxalq Əlaqələr Departamenti ilə Siyasi Departament arasında ortaq iş mexanizmi formalaşdırılır. Bu istiqamətdə daxili işçi qurumlar yaradıla bilər.
10.4. Departament GADTB Başqanı, Yönətim Qurulu və YQ vasitəsilə qurultay qarşısında məsuliyyət daşıyır.
- Güney Azərbaycan Demokratik Türk Birliyin Başqanı
11.1. GADTB-nin milli mənafeyinin əsas təmsilçisi və baş sözçüsü Başqandır.
11.2. GADTB-nin başqanı olaraq toplantılarda və müxtəlif mərasimlərdə istirak edir.
11.3. GADTB-nin toplantılarına başqanlıq edir. Təsdiq üçün, Yönətim Quruluna yardımçılar və müşavirlər təqdim edir.
11.4. GADTB aidiyyəti qurumlarla işgüzar görüşlər keçirir.
11.5. Başqan, qurultayda seçilir. İki qurultay arası qurumun ümumi lideri olaraq məsuliyyət daşıyır.
11.6. Yönətim Qurulunda olan çatışmazlıqların qaynağını aradan qaldırmaq üçün fövqəladə qurultay çağırır. Xətalı gördüyü YQ üzvünün qurultaya qədər vəzifədən çıxarılması üçün Yönətim Quruluna müraciət edir.
11.7. Başqan təşkilatla bağlı Yönətim Qurulundan gördüyü işləri gizli saxlamamalıdır. Belə olduqda GADTB-nin Yönətim Qurulunun ¾ səsi ilə hesabat tələb edilir. Hesabat uğursuz olarsa o qurultaya qədər vəzifəsindən kənarlaşdırılıb, başqan vəzifəsini icra edən yardımçılardan biri onun vəzifələrini həyata keçirir.
11.8. GADTB-nin qurultay açılışı başqanın giriş çıxışı ilə başlanır. GADTB-nin iki qurultay arası ümumi hesabatını təqdim edir. Sualları cavablandırır. Yönətim Qurulunun buraxılma prosesi başlanır. Qurultayın davamını qurultayda seçiləcək Qurultay Divanına tapışırır.
11.9. Hər hansı səbəbə görə Başqan olmadıqda Başqan vəzifəsini YQ-nun rəyi ilə onun vəzifəsini icra edən yardımçı həyata keçirir. Yardımçı olmadığı halda YQ bu vəzifəyə təyinat həyata keçirir və qurultayadək həmin şəxs başqanlıq vəzifəsini həyata keçirir.
- GADTB-nin qapanması
12.1. Qurultayın ¾ səsi ilə GADTB ləğv edilə bilər.
12.2. GADTB-nin ləğvi prosesi qurultayda seçilən 7 nəfərlik ləğv heyətinə tapşırılır.
12.3. GADTB-nin daşınan və daşınmaz yatırımları hər ölkənin aidiyyəti orqanları vasitəsilə həll olunur.
12.5. GADTB-nin ləğvindən sonra, yenidən bərpası mümkün sayılır. Hər hansı keçmiş yönətim qurulu üzvünün buna etiraz haqqı yoxdur.