Çərşənbə axşamı , Avqust 18 2026
azfa

GADTB rəhbərliyinin Norveçdə dövlət və partiya rəsmiləri ilə görüşü və Güney Azərbaycan məsələləri ilə bağlı konfransı-Şəkillər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) rəhbərliyi və üzvlərindən sayın Əjder bey Tağızadə, sayın Mikayıl bəy Oyta, sayın Eldar bey Qaradağlı, sayın Atabəy Nəcəfpur, sayın Sima xanım, sayın Şervin xanım, sayın Cesika (Jessica) xanımın təşkilatçılığı və iştirakı ilə Norveçdə Güney Azərbaycan həqiqətləri, eləcə də Urmiya gölünün qurudulması və həll yollarına dair konfrans keçirilmişdir.

GADTB rəhbərliyi və bəzi üzvləri həmçinin Norveçin Dövlət Departamenti və parlamentində, eləcə də Norveçin Yaşıllar Partiyası və Sosial Partıyasının təmsilçiləri ilə ayrı-ayrılıqda çox faydalı görüşlər keçirmişlər. Görüşlərdə Güney Azərbaycan həqiqətləri, xüsusilə Urmiya gölünün qurudulması, 35 minlyondan çox Azərbaycan türkünün Güney Azərbaycanda irqçi fars rejimi tərəfindən öz dilində təhsil almasına qadağanın qoyulması və s. məsələlər barədə müzakirə aparmışlar.

Görüşlərdə GADTB rəhbərliyi və təmsilçiləri müsbət qarşılanmış və geniş əməkdaşlığa təkid edilmişdir.

Aşağıda konfransdan və görüşlərdən bir neçə şəkil təqdim edilir:

GADTB tərəfindən konfransda ingilis dilində təqdim edilən Güney Azərbaycan həqiqətləri ilə bağlı bir məruzənin xülasəsini aşağıdakı “GADTB” üzərinə vurmaqla oxuya bilərsiniz:

GADTB

gadtb.com/…tent/uploads/2018/03/GADTB.pdf

Həmçinin yoxlayın

Urmiya gölünün suyu azalmağa başlayıb

GADTB: Urmiya gölünün bərpası üzrə Milli İşçi Qrupunun katibi Rza Rəhmani deyib ki, hazırda Urmiya …

Təbrizdə elektrik kəsintiləri Tehranın göstərişi ilə müəyyənləşdirilir

GADTB: Təbrizdə uzunmüddətli elektrik kəsintiləri ilə bağlı narazılıqların artması fonunda Təbriz Elektrik Paylayıcı Şirkəti bəzi …

Bir cavab yazın