Cümə , Oktyabr 23 2026
azfa

GADTB rəsmiləri sayın Mikayıl Oyta və Sima xanım uyğur türklərinin kültür festivalında – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2019-cu il mart ayının 31-də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və GADTB Maliyyə Departamentinin sədri sayın Sima xanım Avstraliyanın Sidney şəhərində keçirilən Şərqi Türküstanın Uyğur Türklərinin Kültür Festivalında iştirak ediblər.

GADTB rəsmiləri sayın Mikayıl bəy Oyta və Sima xanım GADTB və öz adlarından Çinin cinayətkar rejiminin işğalı altında olan Şərqi Türküstan uyğur türklərinin haqlı mücadiləsini himayə edib, Çinin günümüzdə belə uyğur türklərinə qarşı soqırımı siyasəti həyata keçirməsini pisləmişlər.

Qurbət diyarda sayın Mikayıl Oyta və Sima xanımın Şərqi Türküstan uyğur türklərinin kültür festivalında iştirakı onu göstərdi ki, türkün türkdən başqa dostu yoxdur.

Festival çərçivəsində sayın Mikayıl Oyta Avstraliya Uygur Asossasiyasının prezidenti Mehemet Obulla cinayətkar və işğalçı Çin rejiminin Şərqi Türküstan uyğur türklərinə zülmü və uyğur türklərinin Çin işğalında vəziyyəti barədə ingilis dilində müsahibə ediblər. Həmin müsahibənin videosunu təqdim edirik:

 

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Bir cavab yazın