GADTB təşkilatı və Güney Azərbaycan icmalarının Qarabağda anti-terror əməliyyatı ilə bağlı bəyanatı

GADTB: Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini genişləndirir, onların mövqelərinin dərinliyinə sızaraq minalardan təmizlənmiş əraziləri və mülki təyinatlı yolları terror-təxribat məqsədilə yenidən minalayırlar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, cari ilin sentybar ayının 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır”.
Azərbaycan Respublikası dövləti, onun müvafiq qurumları dəfələrlə bayan etmişlər ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Biz, Güney Azərbaycan Demokratik Türk Birliyi təşkilatı, Güney Azərbaycan fəalları və icmalarının nümayəndələri qətiyyətlə əminik ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Qarabağın ərazisindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Qarabağın işğaldan azad edilmiş ərazilərinə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması regionda sülhün təmin olunmasına, sərhədlərin toxunulmazlığına, qonşu dövlətlərin sülh şəraitində dinc yanaşı yaşamasına və qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərindən faydalanmalarına əsaslı zəmanət verəcəkdir.
Biz sözügedən üçtərəfli müqavilənin şərtlərini əldə əsas tutaraq dünyanın bütün sülhsevər, haqqın,ədalətin tərəfində dayanan qüvvələrini Azərbaycan Respublikasına qarşı erməni təxribatını pisləməyə, öz torpağında vətəndaşlarının təhlükəsizliyini, bununla da regionda ənmin-amanlığı qorumağa çalışan Azərbaycan xalqını müdafiə etməyə çağırırıq.
Yaşasın haqq-ədalət, yaşasın əmin-amanlıq, var olsun sülh!
19.09.2023

Həmçinin yoxlayın

Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində keçirildi

GADTB: Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi …

Molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Türkmənistanın etnik tərkibini dəyişməyə …