Cümə axşamı , Mart 28 2024
azfa

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin İran adlanan yerdə molla rejiminin seçki oyunu ilə bağlı bildirişi

GADTB: Əziz Azərbaycan türk milləti, əziz soydaşlar!

Növbəti dəfə fars-molla rejimi 41 ildən sonra milləti məclis seçkisi adı ilə aldadaraq yenidən sandıq başına çağırır. Bu proses hələ Pəhləvi dönəmindən davam edir və indi fars-molla rejimi 41 il içərisində öz cinayətləri və oğurluqları ilə pəhləvi jejiminin də üzünü ağ etmişlər.

Pəhləvi rejimi kimi bu rejim də Güney Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Türk övladı işğal və əsarət altındadır. Zindanlar Azərbaycan türklərinin mübariz övladları ilə dolmuşdur. Millətimiz bütün ibtidai və insani hüququndan məhrum edilmişdir. Rejim millətimizi acınacaqlı duruma salmışdır və əhalinin dolanışığı hətta ən geri qalmış ölkələrin də əhalisinin dolanışığından geridədir. Rejimin işğal siyasətinin fəsadları tədricən daha acınacaqlı hal aldıqca rejim daha fırıldaq, ikiüzlü və əli qana batmış əlaltılarını önə çəkib, xalqı seçki adı altında aldatmağa çalışır.

Bizim və millətimizin əsas işi rejimin və əlaltılarının riyakarlığı və cinayətlərini ifşa edib, onları Azərbaycandan çıxarmaqdır. Bunların üzdəniraq seçkilərində iştirak edib, bunlardan nəsə ummaq absurd və mənasızdır. Bunlar nə Urmiyanı və Sulduzu, nə də Ənzəlini, Həmədanı, Savəni və ümumilikdə Azərbaycanı buraxacaqlar. Bunların 97 illik əməlləri də bunu sübut edib və Azərbaycan türk milləti bir daha rejimin toruna düşməməlidir.

Haqlı olaraq deyirlər bu gün Urmu təhlükədədir. Doğrudur Urmiya təhlükədədir. Elə rejimin ucbatından Urmiya və Güney Azərbaycanın qərb bölgəsi təhlükədədir. Lakin Urmu qədər də Azərbaycan özü, bu millət, bu millətin namusu, gələcəyi və varlığı da təhlükədədir. Zindanları bu millətin övladları ilə doldurub, onlara işgəncə verən rejimin əmrinə baş əyib, onun yoğurub meydana gətirdiyi əlaltılarına səs verərək millət vəkili adı ilə saxta məclisə göndərmək heç bir ağıllı insanın işi deyil. Bizə nə belə bir rejimi, nə onun opozisionunu və nə də onun seçkilərini tanımırıq və millətimiz bu oyuna getməməyə çağırırıq.

Azərbaycan türk milləti Pəhləvi rejimindən qurtardığı andan 41 ildir bir daha irqçi, cinayətkar molla rejiminin işğalına məruz qaldı və bu gün ən qəddar üsullarla müstəmləkə edilib və zülmə məruz qalmaqdadır. Bu acınacaqlı durumda rejimin özünün təklif etdiyi əlaltılarına seçki adı altında səs verib üzdəniraq məclisə göndərmək bizim millətimizə yaraşmaz və bir dəfəlik məclis və seçki məsələsini bağlamaq lazımdır. Milli fəallarımız da bu rejimə və rejimin təklif etdiyi işkəngəçi və qatillərə inanmamalı və onları təbliğ etməməlidirlər. Bu milli hərəkata cəfadır. Bu rejim və İran adlanan yer dağılmaq ərəfəsindədir. Seçki oyununu da öz ömrünü daha bir müddət uzaqtmaq məqsədilə meydana atıbla. Rejim dünyaya göstərmək istəyir ki, hələ də xalq onları dəstəkləyir. Millətimiz irticaya və işğala son qoymaq niyyətindədir və bizim də işimiz işğalçını Azərbaycandan çıxarıb Güney Azərbaycan Türk Cümhuriyyətini yaratmaqdır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın