GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı, eləcə də İsveç Azərbaycanlıları Federasiyasının İH-nin üzvü sayın Əjdər bəy Tağızadə SAMM TV-də Qarabağ gündəmi mövzusunda çıxış etmişlər.
Sayın Əjdər bəy çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzündən sonra Azərbaycan işğal olunmuş ərazilərini azad etməsi, fars-molla rejiminin isə işğalçı Ermənistana hər tərəfli yardımı və s. məsələləri təhlil etmişlər.
Sayın Əjdər bəyin müsahibəsinin videosunu təqdim edirik: