Cümə axşamı , Oktyabr 22 2026
azfa

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin şovinist İran rejimi ilə kürdlərin toqquşması barədə bildirişi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) əsas amalı İran adlanan ölkənin işğal və müstəmləkə etdiyi Güney Azərbaycan və ümumiyyətlə türklərin müstəqilliyini bərpa etməkdir. Güney Azərbaycanda və bütün regionda türkə düşmənçilik edən hər hansı ölkə və ya etnos bizim düşmənimizdir. Bu istiqamətdə kürd terror təşkilatları, o cümlədən PKK, PJAK, İran Kürdüstanı Demokrat Partiyası və türkə düşmənçilik edən, Azərbaycan və ümumiyyətlə türkün torpağına göz tikən hər hansı kürd təşkilatının bizə irqçi və işğalçı fars rejimindən fərqi yoxdur.

GADTB və GAİB yuxarıda qeyd etdiyimiz prinsip əsasında hərəkət edir və təsadüfi deyildir ki, bir-biri ilə toqquşan kürd terror təşkilatları və işğalçı, irticai fars-molla rejimi Azərbaycan və türkə qarşı bir-biri ilə birləşib, türkün qanını içirlər. Ona görə də bizim üçün işğalçı fars molla rejimi ilə terrorçu kürd təşkilatları bir bezin qırağıdır. Nə zamana qədər ki, kürd terror təşkilatları Güney Azərbaycan və türkə düşmənçilik edəcəklər biz bu mövqeyimizdə qalacağıq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) irqçi və işğalçı fars rejiminin İran Kürdüstanı Demokrat Partiyasının İraqda yerləşən qərargahlarını atəşə tutmasının bizə heç bir aidiyyəti yoxdur və heç bir tərəfi dəstəkləmirik. Bununla bağlı GADTB tərəfindən bəyanat da verilməmişdir. Cüzi ad oxşarlığı Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) adının kürdləri dəstəkləmədə hallanmasına səbəb olub. Kürdləri dəstəkləyən həmin təşkilatın isə Güney Azərbaycan Demokratik Türk Birliyinə (GADTB) heç bir aidiyyəti yoxdur.

Əjdər Tağızadə

GADTB və GAİB başqanı

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın