Cümə axşamı , Oktyabr 15 2026
azfa

Gecə boyu və səhər saatlarında Cənubi Azərbaycan və İranın bəzi şəhərlərinə İranın mövqelərinə hava hücumları olub

GADTB: Gecə boyu və səhər saatlarında Cənubi Azərbaycanın bir sıra şəhərlərinə – o cümlədən Təbriz, Zəncan, Tehran, Kərəc, Şəhriyar və digər yerlərə hücum dalğası barədə xəbərlər yayılıb.

İran daxilində fəaliyyət göstərən media qurumları və hələ də internetə çıxışı olan bəzi sosial şəbəkə istifadəçiləri Şiraz şəhərinə və Fars vilayətinin digər bölgələrinə hava hücumları edildiyini bildirirlər.

Məlumatlara görə, çərşənbə günü 5 Fərvərdin gecə saatlarında Fars vilayətinin cənubunda yerləşən Lamerd şəhərində bəzi nöqtələr, o cümlədən bu şəhərin beynəlxalq hava limanı hücuma məruz qalıb.

Həmçinin 6 Fərvərdin cümə axşamı gecə saat təxminən 01:00 radələrində Şiraz və onun ətrafında bir neçə partlayışın baş verdiyi barədə məlumatlar yayılıb. Lakin hansı obyektlərin hədəf alındığı hələ dəqiq məlum deyil.

Bundan az sonra, İran vaxtı ilə təxminən saat 03:00 radələrində İsfahan və Şahinşəhr şəhərlərinin bəzi hissələrinə ağır hücumlar edildiyi barədə xəbərlər yayıldı.

Bəzi vətəndaşlar isə yerli vaxtla saat 04:00 radələrində Bəndər Abbas və onun ətrafında da partlayış səsləri eşidildiyini bildirirlər.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …