GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Azərbaycan Respublikası ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində Bakı vaxtı ilə günorta saat 12:00-da Azərbaycanın Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükut və əsgər salamı ilə anıldı.
Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan türkləri Azərbaycanın bayraqları və Traxtur Futbol Komandasının bayraqları ilə hərbi salam verməklə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda şəhid olan qəhrəmanların xatirəsini anıblar.
Qeyd edək ki, Qarabağın azad edilməsi əməliyyatı zamanı 2783 Azərbayca əsgəri şəhid olub. Həmçinin 103 nəfər itkin düşdüb, 1245 nəfər isə yaralanıb.