GADTB: İşğalçı və irqçi fars rejim bir tərəfdən Güney Azərbaycanı işğal edərək, müstəmləkə vəziyyətinə salıb, digər tərəfdən isə dünyada apardığı dağıdıcı siyasət yeritməklə əhalini beynəlxalq sanksiyalarla qarşı-qarşıya qoymuşdur. Nəticədə, Azərbaycan türk millətinin müstəmləkə şəraitində çox çətinliklə qurduğu iqtisadiyyat da rejimin dağıdıcı siyasəti nəticəsində böyük zərbə alaraq, dağılmışdır. Belə vəziyyətdə isə əhalinin bir qismi ailəsini halal ruzi ilə dolandırmaq məqsədilə xırda satıcılıqla məşğul olmağa məcbur olmuşlar.
İşğalçı fars rejim isə acınacaqlı vəziyyətə saldığı və satıcılıqla ailəsinə halal çörək qazanan satıcılara divan tutub, onların üzrəinə bələdiyyə, polis və digər güc orqanlarında çalışan əlaltıların yeritmişdir. Dinc əhalinin üzərinə qoşun yeridib, onlara divan tutublar. Lakin xalq da öz yanaşması ilə göstərdi ki, Azərbaycan türk millətinin əhalini bir tikə çörəyə möhtac qoyan bu cəllad rejimə münasibəti necə olacaq.
Güney Azərbaycan Demikratik Türk Birliyi (GADTB) irqçi və işğalçı fars rejimin acınacaqlı vəziyyətə salınmış dinc satıcılara divan tutmasını kəskin şəkildə pisləyib, xalqı rejimə qarşı birləşməyə və bu acınacaqlı müstəmləkə vəziyyətindən qurtarmaq üçün yeganə yolun müstəqillik olduğunu bildirir. GADTB yalnız Güney Azərbaycanın öz müstəqilliyini əldə etməsi ilə bütün zülmlərdən qurtaracağını bildirir.
Əjdər Tağızadə
Güney Azərbaycan Demikratik Türk Birliyi (GADTB) başqanı