Bazar ertəsi , May 23 2022
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik mesajı

GADTB: 31 Dekabr işğalçı ölkələr tərəfindən parçalanmış Azərbaycanın və Azərbaycan Türk Millətinin 1989-cu ilin sonlarında birlik, bütövlük və həmrəylik istəyinin rəmzi kimi tarixə düşmüşdür. Quzey Azərbaycanın istiqlalını bərpa etmə ərəfəsində Azərbaycan Türk Millətinin Araz çayı boyunca tikanlı məftilləri və sərhəd maneələrini dağıdaraq, həsrətdə yaşayan bacı-qardaşların görüşüb qucaqlaşması, parçalanmış Azərbaycan Türk Millətinin birləşmək istəyinin necə dərin köklərə malik olduğunu bir daha göstərmişdir. Bu vasitə ilə Azərbaycanın Quzeyi və Güneyində yaşayan Azərbaycan Türk Milləti öz birlik və həmrəyliyini əməldə göstərdi. Beləliklə, 31 Dekabr – Dünyada Azərbaycanlılarının Həmrəyliyi simvoluna çevrildi.

Əslində azərbaycanlıların həmrəyliyi deyiləndə Quzey və Güney Azərbaycanın birləşməsi və bütövləşməsi nəzərdə tutulur. Bu isə Gülüstan və Türkmənçay müqaviləsindən yüz illər keçsə də Azərbaycan Türk Millətinin bu parçalanma ilə barışmadığını göstərir.

Azərbaycanın birliyi və bütövlüyünə əsas maneə isə Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğalda qalmasıdır. Qarabağın işğaldan azad edilməsi Azərbaycan dövləti ilə yanaşı bütün dünyada yaşayan Azərbaycan türk millətinin əsas amalı, məqsədi və vəzifəsi idi. Artıq erməni işğalçıların məğlub edilməsi ilə Azərbaycanın güneyinin işğaldan azad edilib müstəqilliyini bərpa etməsi əsas maneə kimi gündəmdədir. Azərbaycan türkü bilməlidir ki, Azərbaycanın böyük hissəsi olan Güney Azərbaycan tam işğaldadır. Güneyin müstəqillik qazanıb, Bütöv Azərbaycanın yaranması bu birlik bayramının gerçəkləşdiyi gün olacaq. Bu yolda böyük milli-siyasi birlik və həmrəylik tələb olunur.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə dünyada yaşayan bütün Azərbaycan türklərini təbrik edib, böyük millətimizi Azərbaycanın həqiqi bütövləşməsi uğrunda səylərini birləşdirməyə çağırır. İnanırıq ki, Güney Azərbaycanın öz müstəqilliyini bərpa etməsi və Bütöv Azərbaycanın yaranması ilə Azərbaycanın Türk Millətinin birlik və bütövlük istəyi gerçəkləşəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İran və “Hizbullah” dronlarla İordaniyaya narkotik qaçaqmalçılığına davam etdirirlər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən məlumata görə, Rusiyanın Suriyadakı qüvvələrini təxliyə edərək Ukraynaya daşıması …

Qazaxıstanda Rusiya banklarının hesabları donduruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin rəhbəri …