Çərşənbə axşamı , May 11 2021
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Bəhmən İnqilabı ilə bağlı bildirişi

GADTB: Güney Azərbaycan və İran adlanan yerdə 1979-cu baş verən inqilabla irticaçı və müstəmləkəçi fars-molla rejimi hakimiyyəti qəsb etsə də, eyni zamanda Güney Azərbaycanı işğal edərək, müstəmləkə edib və soyqırım törətmiş Pəhləvi rejiminin süqutuna səbəb olmuşdur.

Təsadüfi deyildir ki, Güney Azərbaycan hələ bəhmən inqilabından bir il öncə 29 Bəhməndə işğalçı və müstəmləkəçi Pəhləvi rejiminə qarşı üsyan qaldırıb və inqilabın əsasını qoymuşdur.  Çünki, Qacar türk dövlətini xarici imperialistlərin fitnəkarlığı ilə devirib, Güney Azərbaycan və Məmaliki Məhruseyi Qacarı qəsb etmişdir. Bu qəsbkar rejim Güney Azərbaycanda Azərbaycan türk millətinin dilini qadağan edib, millətimizi bir millət kimi məhv etmək üçün onun bütün tarixi, mədəniyyəti və varlığını təhrif edərək danmışdır.

Pəhləvi rejimi üstəlik Güney Azərbaycanda Azərbaycan Milli Hökuməti qurulandan sonra Qərb imperialistlərinin köməyi ilə Güney Azərbaycana hücuma keçib, ağır silahlarla Güney Azərbaycanı işğal etmiş və Azərbaycan türk millətinə qarşı dəhşətli soyqırım törətmişdir. Pəhləvi rejimi 30-40 min azərbaycanlını soyqırıma məruz qoyub, toprağımızı işğal etmişdir. Bu səbəblərə görə Azərbaycan türk milləti Pəhləvi rejiminə qarşı ciddi şəkildə mübarizə aparıb və inqilab etmişdir.

Pəhləvi rejimi 29 bəhməndə bütün gücü ilə qəddarcasına Təbriz  şəhərinə ordu yeridib üsyanı basdırmağa calışsa da, ancaq xalqın iradəsini sındıra bilmeyib, etirazlar qısa zamanda Azərbaycanın bütün şəhərləri kimi İran adalanan yerin başqa şəhərlərinə də sıçrayıb və hər yerə yayılaraq, böyük inqilaba  çevirilmişdir.

Sözsüz ki, şah rejiminin devrilməsi ilə Azərbaycan türkü Güney Azərbaycanı azad etməyə çalışmış və demokratik atmosfer yaradaraq xalqın təhlükəsizliyi və asayişini sağlamışdır. Lakin irticaçı fars-molla rejimi yenicə azadlığa can atan Güney Azərbaycana hücuma keçib və irticaçı-cinayətkar qüvvələri ilə Güney Azərbaycanı yenidən işğal etmişdir.

Pəhləvi rejimi kimi sözdə İslam Respublikası olan irqçi və işğalçı fars-molla rejimi də Güney Azərbaycan üçün fəlakət və bədbəxtlikdən başqa heç nə verməmişdir. Bunların hər ikisi də Güney Azərbaycan qarşı irqçi, işğalçı və müstəmləkəçi olmuşlar. Ona görə də son zamanlar irqçi farslar tərəfindən yenidən Pəhləvi rejiminin xeyrinə şüarların səslənməsi əslində açıq şəkildə Güney Azərbaycana qarşı yeni təhlükə kimi dəyərləndirilməli və Azərbaycan türk milləti ayıq-sayıq bu təhlükəyə qarşı sinə gərərək yalnız öz müstəqilliyi uğrunda mübarizə aparmalıdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) də Pəhləvi rejimi ilə molla rejimini Azərbaycana qarşı irqçi, müstəmləkəçi və işğalçı fars rejiminin müxtəlif formaları kimi dəyərləndirib, hər iki işğalçı və müstəmləkəçini rədd edir və millətimizi də ayıq-sayıq olmağa və təkcə xoşbəxtlik yolunun müstəqillik olduğunu bildirir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Kərbəla şiələri “Rədd ol Xamenei və Rədd ol İran” şüarı ilə İran konsulluğunu yandırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terroru dəstəkləməklə İraqda sabitliyi pozması İraq şiələrinin …

Uyğur türklərini soyqırıma məruz qoyan Çin soyqırımı əks etdirən tədbirləri baykot etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, uyğur türklərini soyqırıma məruz qoyan Çin soyqırımı əks …